16:49
308
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Nazirıikdən verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.