İtaliyada Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilir Siyasət

İtaliyada Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilir

Italiya senatının vitse prezidenti Linda Lanzillotta: "Azərbaycanın tolerantlıq təcrübəsinin təbliğ olunması vacibdir"

Romanın Eventi Fontana di Trevi Konqress Mərkəzində keçirilən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda Beynəlxalq Konfrans öz işinə başlayıb
Konfransı giriş sözü ilə "Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi"nin Prezidenti, Avropa Parlamentinin, Avropa Şurası və ATƏT Parlament Assambleyalarının sabiq üzvü, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sabiq sədri Fiorello Provera açıb.
Fiorello Provera Azərbaycanın müxtəlif dinlərin birgə mövcudluöu sahəsində böyük təcrübəyə malik olduğunu, bu təcrübənin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Fierello Proveradan sonra Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının Prezidenti Azər Kərimli çıxış edib. Azər Kərimli Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılmasında müstəsna xitmətləri olan ümummilli lider Heydər Əliyevin dekabrın 12-də anım günü olduğunu xatırladıb. Konfrans iştirakçıları Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Çıxışına davam edən Azər Kərimli Azərbaycanda tolerantlıq mühitinin Azərbaycanın ən böyük sərvəti olduğunu bildirib.
Azər Kərimlidən sonra çıxış edən Italiya senatının vitse prezidenti Linda Lanzillotta bu gün dini tolerantlığın dünyada ən önəmli amilə çevrildiyini deyib. Xanım Lanzillotta İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ölkənin enerji təhlükəsizliyinin Azərbaycanın resursları hesabına təmin olunduğunu deyib. Eyni zamanda Azərbaycanın tolerantlıq təcrübəsinin təbliğ olunmasının vacibliyini vurğulayıb.
Konransda çıxış edən İtaliya senatının digər vitse prezidenti Gasparri bu gün dünyada və İtaliyada baş verən hadisələrdən, radikalizmin, aşırı millətçı və dinçi siyasətçilərin məsuliyyətsiz bəyanatlarının yaratdığı təhlkələrdən söz açıb. Cənab Gasparri də Azərbaycandakı çoxdinlilik mühitinin öyrənilməsinin mühüm önəm daşıdığını qeyd edib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öz çıxışında radikalizmin, dözümsüzlüyün bütün bəşəriyyət üçün ciddi problemə çevrildiyini bildirib.
Konfransın I sessiyasında İPOCAN Şərqşünaslıq Elmi Araşdırmalar Institutunun prezidentu Kladio Lo Yakono "Peyğəmbərin dövründən bu günədık islamın yayılması: tarixi-siyasi baxış" mövzusunda məruzə edib.
Roma Yəhudi icmasınının müşaviri Viktor Macar "Yəhudi, xristian və islam dinləri arasında tarixi birgəyaşayış" haqqında danışıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam dünyasında dövlət-din münasibətləri movzusunda məruzə ilə çıxış edib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Azərbaycan multikulturalizmi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Çıxışlardan sonra "Qax: Müqəddəs Georgi günü və Kürmük oba bayramı" adlı film nümayiş olunub.
Filmin nümayəndən sonra Azərbaycan Rus Icmasının rəhbəri, millət vəkili Mixail Zabelin təmsil etdiyi icmanın təcrübəsindən danışıb. Qafqaz Müsəlmanları İdarəsinin Mərkəzi Aparatının rəhbəri Simran Həsənov Azərbaycanda dini tolerantlığın formalaşmasında müsəlman icmasının tarixi rolundan danışıb.
Daha sonra Quba rayonun "Krasnaya Sloboda" qəsəbəsi haqqında filmin nümayişi olub.
Növbəti çıxışçı Dağ Yəhudiləri Icmasının sədri Milix Yevdayev olub.

Elçin Mirzəbəyli
Roma, İtaliya