Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gedib Siyasət

Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gedib

Görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Ankaranın Esenboğa beynəlxalq hava limanında Azərbaycan dövlət başçısını Türkiyənin hökumət rəsmiləri qarşılayıb.
Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Ankarada IV Türkiyə-Azərbaycan Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirak edəcək.
Bundan başqa, Prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək.
Görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.