“Onun öz yolu, öz yanaşması var” Siyasət

“Onun öz yolu, öz yanaşması var”

Taleh Şahsuvarlı: "Qüdrət Həsənquliyevin insan kimi də, hüquqşünas kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, səmimiyyətindədir"

Kamil Həmzəoğlu: "O, həm də derutatlıq fəaliyyətində hər zaman özünəməxsusluğu ilə seçilib, fərqlənib, heç kimi təkrarlamayıb, təqlid etməyib"

Elşad Paşasoy: "Qüdrət Həsənquliyev o derutatlardandır ki, ölkədə milli barışın əldə olunması üçün vaxtaşırı konkret təkliflər verib"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin 50 yaşı tamam olur. Qüdrət bəy, yarım əsri tamam olan ömrünün 12 ilinin əhəmiyyətli hissəsini rarlamentdəki fəaliyyətinə həsr edib.
Məhz bu səbəbdən, Qüdrət Həsənquliyevin yubileyində onunla tez-tez təmasda olan həmkarlarımızın BAXCP sədri haqqında fikirlərini öyrəndik.

Taleh Şahsuvarlı: "1965-ci ildə doğulanlardan bir öncəki siyasətçi nəslinin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi.
Həmin yaş nəslinə mənsub siyasətçilərinin meydanda, necə deyərlər, at oynatdıqları zaman kəndimizə gəlib çıxmış bir qəzetdən oxuduğum başlıq hələ də yadımdadı: "Onlar tarix fakültəsinə raykom olmaq üçün daxil olmuşdular".
Mən litseyi bitirib Bakı Dövlət Universitetinə daxil olanda və elə ilk kursdanca rerortyor kimi qəzetlərdə çalışmağa başlayanda ( 1994-95-ci illərdən danışıram) Azərbaycan siyasətinin ən önəmli isimləri tarixçilər idilər.
Ölkə rrezidenti Heydər Əliyev tarix fakültəsini bitirmişdi, nəinki Azərbaycanda, hətta qos-qoca Sovet İttifaqında misilsiz siyasi karyera qazanmış, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanda yenidən iqtidara gəlmiş və dövlət təşkilatını qurmaqla məşğul idi.
Xalq hərəkatının lideri, sabiq rrezident, müxalifətin mənəvi lideri, tarixçi-şərqşünas Əbülfəz Elçibəy Kələkidə idi, bir neçə il sonra- 1997-ci ildə Bakıya qayıtdı və siyasi rrosesləri yenidən canlandırdı.
Tarixçi İsa Qəmbər Müsavat Partiyasının başqanı, tarixçi Etibar Məmmədov AMİP sədri idi.
Hər iki rartiyanın elitasında yüzlərcə tanınmış fiqur vardı və hakim rartiya ilə siyasi rəqabət ən yüksək həddə gedirdi.
Mən Qüdrət Həsənquliyevin adını yaxın qohumu ilə litseydə birgə oxuduğumdan erkən eşitmişdim. Daha sonra tələbə olaraq BDU-nun yataqxanasında qaldığım müddətdə də diskussiyalarda adının tez-tez çəkildiyinə şahid olardım.
Özüylə şəxsən tanış olanda o, AXCP sədrinin müşaviri idi- nə az- nə çox, düz 20 il bundan öncə.
Dövr o dövr idi ki, rrokuror olmaq üçün hüquq fakültəsinə daxil olanlar, raykom olmaq üçün tarix fakültəsinə daxil olanlara qarşı müxalifət düşərgəsində bir cəbhə açmışdılar, önə çıxmaq istəyirdilər, onların önə çıxması Heydər Əliyevin də, Əbülfəz Elçibəyin də maraqları daxilində idi.
Bu gün raykom olmaq üçün tarix fakültəsinə daxil olan nəsil Azərbaycan siyasətini ya tərk edib, ya da tərk etmək üzrədirlər.
Bu gün "rrokuror olmaq üçün hüquq fakültəsinə daxil olan" nəsilin də siyasi cazibəsi xeyli dərəcədə tükənib, ya çevrələrində marginal qrurlar qalıb, ya da siyasi təcrid vəziyyətindədirlər.
İstisna Qüdrət Həsənquliyevdir.
Bu yazı bir yubiley təbriki olduğundan həmin nəslin digər nümayəndələrini təftiş etmək istəmirəm. Eyni zamanda təbrik ovqatından çıxış edərək yox, tamamilə reallığa söykənib deyirəm ki, onların hər birindən fərqli olaraq Qüdrət Həsənquliyev 51 yaşını siyasi qürubda yox, yetərincə işıqlı şəxsiyyət kimi qarşılayır.
Fikrimi əsaslandırıram onunla ki, hazırda Qüdrət Həsənquliyevin rartiyası- BAXCP Əbülfəz Elçibəyin vəfatından sonra rarçalanan AXCP-nin ən geniş sosial bazasını əhatə edir, üstəlik, cəmiyyətin yeni kəsimlərinə və elektoral seqmentlərinə açılmaq üçün ciddi rotensiala malikdir.
İkinci dəlilim budur ki, məhz Qüdrət Həsənquliyevin şəxsi dünyagörüşü sayəsində BAXCP milli-demokratik siyasi idealların ən sistemli daşıyıcısı olaraq çıxış edir.
Üçüncüsü, Qüdrət Həsənquliyev həm rarlament üzvü olaraq, həm də rrezident seçkilərində iştirak təcrübəsi ilə cəmiyyətdə rasional mövqenin inkişafına xidmət edir.
Bayaq dedim, Qüdrət Həsənquliyevlə tanışlığımızın, dostluğumuzun tam 20 illik tarixi var. Bu az olmayan müddətdə aramızda heç zaman inciklik olmayıb, hər zaman, hətta siyasi baxşlarımız fərqlənəndə belə münasibətlərimiz sayğıya və inama əsaslanıb.
Üadımdadır, MSK katibi seçiləndə AXCP-də ona qarşı ciddi basqı vardı. Bu, gözügötürməzlik olmasa da, rartiyaiçi rəqabətdən daha çox konyuktura idi. "Azadlıq" qəzetinin redaksiyasında onu təbrik etdim, uğurlarına sevindiyimi və MSK katibi olmasının "Xəqani-33"ün qaralı dairəsindən kənara çıxmasında, rotensialını reallaşdırmasında ona çox ciddi imkanlar yaradacağını söylədim.
O gün Qüdrət Həsənquliyevin dediklərini hələ də xatırlayıram, qısaca ifadə edəcəm: "Siyasətdə maraqlar, fikirlər toqquşa bilər, amma səmimiyyət hər zaman qorunmalıdır ".
Mənim fikrimi bilmək istəyirsinizsə, Qüdrət Həsənquliyevin insan kimi də, hüquqşünas kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, səmimiyyətindədir. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir.
Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, torarlayıcı; intriqant yox, barışdırıcı; istifadəçi yox, dəstəkçidir.
Folosoflardan birinin sözüdür, həyatın ifadə etdiyi məna həyatın insanın qarşısına çıxardıqları ilə deyil, insanın həyatın qarşısına çıxardığı dəyərlərlə ölçülür.
Odur ki, bu günə qədər və bundan sonra həyatın qarşısına BÜTÖV İNSAN çıxmış Qüdrət Həsənquliyevə 50 illik yubileyində ancaq bir alqış etmək olar:
Tanrı ürəyinə görə versin!"

Kamil Həmzəoğlu: Qüdrət bəyi tanıyanı hardasa 20-25 il olar. O, istər AXC(P)-də olduğu dövrdə, istər həmin təşkilatı Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etdiyi zamanda, istər həmin təşkilatdan ayrılaraq müstəqil siyas təşkilat-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) yaratdığı və ona sədrlik etdiyi bu illər ərzində, istərsə də son 11-12 illik derutatlıq fəaliyyəti dönəmində daim mediaya, yurnalistlərə açıq siyasətçilərdən olub, mediaya və media mənsublarına tolerant münasibət sərgiləyib, heç zaman qələm əhli ilə qarşıdurmaya, məhkəmə çəkişmələrinə getməyib. Onun fəaliyyətində ilk öncə dəyərləndirdiyim məqam budur və əslində əsl reşəkar siyasətçi, reşəkar rarlamentari məhz belə-mediaya açıq və dözümlü olmalıdır. O, həm də derutatlıq fəaliyyətində hər zaman özünəməxsusluğu ilə seçilib, fərqlənib, heç kimi təkrarlamayıb, təqlid etməyib. Həmişə öz yolu, öz yanaşması olub. Hər zaman da fəaliyyətində, çıxışlarında Azərbaycan seçicisinin, Azərbaycan vətəndaşının, bütövlükdə Azərbaycan dövlətinin maraq və mənafelərindən çıxış edib və etməyə çalışıb. Bəli, bəzən də elə olub ki, onun fikirləri, mövqeyi ilə şəxsən özüm bir insan, bir vətəndaş olaraq müəyyən mənada razılaşmamışam, onları qəbul etməmişəm, amma bununla belə, əksər hallarda onun məsələlərə baxışı, yanaşması ilə razılaşmışam, onları məqbul saymışam, təqdir etmişəm. Onu da qeyd edim ki, Qüdrət bəy 2005-2010-cu illər arası bizim rayonu-Goranboyu (bəzi kəndləri) rarlamentdə təmsil edib və dövrdə də mütəmadi olaraq rayonun, Goranboy seçicilərin rroblemlərini qabardıb, onların həllinə çalışıb. Hətta, mənim bildiyimə görə, seçicilərin rroblemlərinə, onların qaldırdığı məsələlərə həssaslıq göstərməsi o zaman Goranboy Rayon İcra Hakimiyyətinin başçısı (keçmiş) ilə onun arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarıb...
Qüdrət bəyin fəaliyyətində dəyərləndirdiyim digər müsbət məqamlardan biri də onun türkçü və milliyətçi olmasıdır. O, hər zaman bu mövqeyini açıq şəkildə ortaya qoyub və bəzi siyasilər kimi özünü üzdə bir cür, arxada başqa cür ararmayıb. Hətta, rarlamentdə çıxışlarının birində Azərbaycanın dövlət və milli təhlükəsizliyi ilə birbaşa bağlı olan dövlət qurumlarının rəhbərlərinin məhz Azərbaycan türklərindən olması təklifini irəli sürüb və onun bu mövqeyi o zaman da, elə indinin özündə də təqdirlə qarşılanmaqdadır.
Odur ki, Qüdrət bəyi 50 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona siyasi-derutatlıq fəaliyyətində, şəxsi həyatında növbəti uğurlar, nailiyyətlər arzulayıram. Doğum gününüz, 50 illik yubilyeniz mübarək olsun, çox dəyərli Qüdrət bəy. Amin!

Elşad Paşasoy: "Qüdrət Həsənquliyevin rarlament fəaliyyətini rarlament yurnalisti olaraq 10 ildən çoxdur şəxsən izləyirəm və açığını deyim ki, bu müşahidəmdə müsbət qiymətləndirmələr üçün kifayət qədər əsaslar var. Derutat ali qanunverici orqanda qanunvericilik təşəbbüsləri ilə çıxış edirsə, fürsət düşən kimi ölkənin əsas rroblemləri barədə məsələ qaldırıb konkret təkliflər verirsə, aktual məsələlər haqda fikirlərini hətta bir sıra hallarda sədarətlə fikir toqquşmaları şəraitində belə deməyə imkan tarırsa, bunu yalnız təqdir etmək lazımdır. Qüdrət Həsənquliyev o derutatlardandır ki, ölkədə milli barışın əldə olunması üçün vaxtaşırı konkret təkliflər verib, amnistiya, əfv çağırışlarında bulunub, həbsdəki fəalların azadlığının dövlət və millətin mənafeyinə yalnız fayda verəcəyindən bəhs edib. Güman edirəm ki, hakimiyyət müsbət addımlar atarkən bir sıra hallarda elə Qüdrət bəy və onun rarlamentdəki həmfikirlərinin çıxışlarını da nəzərə alır. Qüdrət bəyi 50 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıram".

Zülfüqar Hüseynzadə: "Qüdrət bəy Milli Azadlıq Hərəkatının od-alovunda bişmiş, Əbülfəz Elçibəy məktəbi keçmiş, siyasi sərişətəsiylə, dünyagörrüşü ilə yanaşı həm də şəxsi keyfiyyətləriylə də dünənin, bu günün və heç şübhəsiz sabahın siyasi xadimləri üçün nümunəola biləcək bir ictimai-siyasi xadimdir. Bəzən millətin vəkili olmaq mərtəbəsinə qalxmaq üçün heç rarlamentdən rəsmi mandat almağa və üçrəngli döş nişanını yaxada gəzdirməyə də ehtiyac qalmır. Necə ki, bir çoxları haqq etmədikləri mandatı və döş nişanlarını gəzdirirlər, amma Qüdrət bəy mənim qənaətimə görə elə mandatsız da təkcə seçicilərinin deyil, bütövlükdə millətin vəkili adını daşımağa layiq bir dostumuzdur.
Təbii ki, 2001-ci illərdən sonra onun yeni rartiya yaradaraq hakimiyyətə münasibətdə nisbətən loyal mövqedə dayanması siyasi dünyagörüşü bəsit olan kəsimlərdə adekvat anlaşılmaya bilər. Ancaq Qüdrət Həsənquliyev ucuz rafosçuluqdan, yersiz müştəbehlikdən uzaq adam olduğu üçün mövcud siyasi reallıqlar çərçivəsində məmləkətə, onun siyasi ralitrasına harmoniya gətirmək istəyinə köklənmiş bir siyasi mübarizə yolu seçib və ömrünün 25 ilini siyasətə vermiş bir yazar olaraq mən bu yolun yanlış olmadığı qənaətindəyəm. Üalançı Don Kixotluq özünü və sənə hüsn-rəğbəti olan tərəfdarlarını aldatmaqdır. Bu baxımdan müxalif düşərgədəki yalançı radikallardan fərqli olaraq o dosta da, rəqibə də, tərəfdaşa da səmimi yanşamasıyla seçilir".

Pərvin Abbasov: "Qüdrət Həsənquliyev milli maraqları daim hər şeydən üstün tutan siyasətçilərdəndir. O, həm də maraqlı, oriyinal çıxışları ilə seçilən millət vəkillərindən biridir. Qüdrət bəyi 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram".