“Danışıqları davam etdirmək lazımdır“ Siyasət

“Danışıqları davam etdirmək lazımdır“

Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək ATƏT-in Minsk qrupunun formatına köklənməkdən daha vacibdir. Bunu Trend-ə Finlandiyanın Cənubi Qafqazda xüsusi tapşırıqlar üzrə səfiri Krister Mikkelson Türkiyə və Almaniyanın daxil edilməsi ilə Minsk qrupunun formatının genişləndirilməsi ideyasını şərh edərkən deyib. Onun sözlərinə görə, münaqişənin həlli Madrid prinsipləri çərçivəsində tapılmalıdır: "Avropa İttifaqının özü dünyaya nümunədir. Təşkilat II Dünya müharibəsindən sonra Almaniya və Fransa arasındakı barışığın nəticəsində yaradılıb. Avropa qarşılıqlı problemləri olan ölkələrin nümunəsidir. İndi də problemlərimiz olur, lakin onları Brüsseldə danışıqlar masası arxasında həll edirik, buna görə də Avropa çiçəklənir".
Diplomat qeyd edib ki, Minsk qrupu həmsədrlərinin bu yaxınlarda Helsinkiyə səfəri zamanı tərəflər münaqişənin indiki vəziyyəti üzrə fikir və informasiya mübadiləsi apardılar. Azərbaycana səfərini şərh edən səfir əlavə edib ki, iki ölkə arasında əlaqələri fəallaşdırmaq niyyətindədir.