Papa Ermənistana “yox” dedi Siyasət

Papa Ermənistana “yox” dedi

Ermənilərin ikinci həmləsi də boşa çıxıb

Cavid

Türkiyə mətbuatının verdiyi məlumata görə, Ermənistan 1915-ci il hadisələrinin 100-cü ildönümü hesab etdikləri 24 apreldə Papanın İrəvanda xüsusi ayində iştirak etməsini istəyib.
Lakin Türkiyənin diplomatik müdaxiləsi ilə bunun qarşısı alınıb. Vatikan səfiri Mehmet Paşacının səyləri nəticəsində Vatikan İrəvana mənfi cavab verib. Papa 12 apreldə Vatikanda ayin keçirəcək. Amma bu "100-cü il" ayini olmayacaq.
Avropa Birliyi naziri Volkan Bozkır da keçən həftə İtaliyanın paytaxtı Romaya rəsmi səfər edib. Səfər zamanı Roma səfiri Aydın Sezgin şam ziyafəti verib. Ziyafətdə iştirak edən Paçacı 12 aprel ayinindən bəhs edib.
Məlumata görə, Ermənistan Papa Fransiskin 24 apreldə İrəvanda özəl ayin keçirməsi üçün ona təklif çatdırıb. Bu yolla İrəvan soyqırımı iddialarını dünya güdəmidə saxlamağı planlaşdırıb. Bu barədə xəbər tutan Ankara dərhal "din diplomatiyası"na başlayıb.
Səfir Paçacı bir neçə əhəmiyyətli görüşdən sonra İrəvana "yox" cavabı verilməsini təmin edib.
Papadan istədikləri cavabı ala bilməyən ermənilər ikinci həmlə ediblər. Bu dəfə onlar ayinin Vatikanda keçirilməsini təklif ediblər. "Papa İrəvana gələ bilmirsə, 100-cü il ayini Vatikanda keçirilsin" təklifi Vatikana çatdırılıb. Lakin yenidən başlayan danışıqlarla bu təklifdə əngəllənib. Katolik dünyasının ruhani mərkəzindən İrəvana ikinci dəfə "yox" cavabı verilib. Ermənistanda aprelin 24-də belə ayinin keçirilməsinin mümkün olmadığı diplomatik dillə izah edilib.
12 apreldə Papa Vatikanda bir ayin idarə edəcək. Ancaq Türkiyə, bu nöqtədə də Ermənistanın "O ayinə 100-cü il özəl ayini adı verilsin" istəyinin qarşısı alınıb.
İndi erməni kilsəsi aprelin 12-dəki ayində dua edəcək Papanın "soyqırımız" sözündən istifadə etməsini üçün səylərə başlayıb.
Türkiyə səfiri indi də ermənilərin bu istəyinin qarşısını almaq, soyqırımı sözü əvəzinə, "böyük acı"kimi ifadənin işlənməsi üçün işə başlayıb.
Səfir M.Paçacı Papanın qərarını aprelin 12-də görəcəklərini deyir. "Mən Vatikanın 1915-ci il hadisələrinində həyatını itirən hər kəs üçün dua edəcəyini ümid və təxmin edirəm".