“Dözümlülük azərbaycanlıların milli psixologiyası və xarakterindən irəli gəlir” Layihə

“Dözümlülük azərbaycanlıların milli psixologiyası və xarakterindən irəli gəlir”

"Dini tolerantlıq müxtəlif xalqlara, ayrı-ayrı dini nümayəndələrə xas olan ümumbəşəri problemdir. Müxtəliflikdə ahəngdarlığı ifadə edən dini tolerantlıq siyasi, hüquqi və əxlaq borcun vəhdətidir". Bunun AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi prob- lemləri" şöbəsinin dissertantı Gülçin Mehdiyeva qeyd edib. O vurğulayıb ki, bu gün Azərbaycan Respublikasında tolerantlıq modeli bütün dünyada etiraf olunan, xalqlara nümunə olan ümumbəşəri təcrübədir: "Dünyada dini intolerantlığın, ayrı-seçkiliyin, dini zəmində münaqişələrin baş verdiyi bir zamanda ölkəmizdə dini müxtəlifliyin vəhdətini təmin edən tolerantlıq burada yaşyan bütün xalqların, etnik qrupların şüuruna hakim kəsilib. "Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbətlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayılıdığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, mili, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb".
Azərbaycan dövlət – din münasibətlərinin ən yaxşı tənzimləndiyi, dini azadlığın, ideal birgəyaşayış mədəniyyətinin hökm sürdüyü, ksenofobiya, dini ektrelizm, radikalizm, anti semitizmdən uzaq bir ölkədir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda dini tolerantlığın möhkəmlənməsi və inkişafı naminə öz səylərini əsirgəməmiş və bu gün də bu yolda inamla çalışır. O, Parisdə 2015-ci il sentyabrın 8-də "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında demişdir: "Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Biz minilliklərə cəmiyyəti- mizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq…
Provaslav və katolik kilsələri,sinaqoqlar, atəşpərəstlər məbədi-bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik…".
Onun fikrincə, Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir: "Azərbaycanda din dövlətdən ayrılsa da ölkəmizdə hüquqi, demkoratik, dünyəvi dövlət formalaşıb və bütün dini dəyərlər cəmiyyətdə müxtəlif xalqların mənəvi sərvətinə çevrilib. Tolerantlığın təbliği və həyat tərzinə çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə Milli Tolerantlıq Mərkəzi fəaliyyət göstərir. Gənclərimiz tolerantlıq tərbiyəsi rühünda böyüyür. Buna görə də Azərbaycan dünyada beş ən tolerant dövlət sırasına daxil olub. Hər cür millətçi-liyin qarşısında sipər olan birliyin təzahürü kimi çıxış edir...
Tolerantlıq fərdlərarası, xalqlararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərə aid fenomendir. Ulu Öndər Heydər Əliyev tolerantlığın Azərbaycanda gerçəkləşməsi üçün aşağdakı tədbirlər gördü:
- dövlət – din münasibətlərini daha da təkmilləşdirdi, onu dövlət siyasətinin tərkib hissəsinə çevirdi; tolerantlığın hüquqi bazasını formalaşdırdı;
- Beynəlxalq tolerantlıq gününün ölkəmizdə qeyd edilməsinə nail oldu;
- Dini qurumlarla bağlı Dövlət Komitəsi yaratdı;
- Dini, milli, etnik tolerantlığı, vicdan azadlığını həyata keçirdi;
- Məscidləri bərpa etdirdi, yenilərini tikdirdi, kilsələri, sinaqoqları təmir etdirdi, yenilərini inşa etdirdi;
- Milli azlıqlar, qeyri-müsəlmanlar üçün tolerantlıq mühiti yaratdı;
- Dini radikalizmə və ektrelizmə qarşı amansız mübarizə apardı;
Ulu Öndər Heydər Əliyev üç prinsipi bir-birilə vəhdətdə görürdü: 1. Dini etiqad azadlığının təmin edilməsi. 2. Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlınması; 3. Dini təəsübkeşliyin dini təkəbbürə, sonra fanatizmə və ekstrelizmə keçməsinin qarşısının alınması.
H.Əliyev Azərbaycanda müxtəlif dinlərin birgəyaşayışını Azərbaycan xalqının dini dözümlüyünün, tolerantlığının ən yüksək göstərişi hesab edirdi. O, Azərbaycanda dini tolerantlığın və dövlət-din münasibətlərinin nadir modelini formalaşdırıb. "Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan predizenti H.Əliyevin müdrik siyasəti əsasında qoyulmuşdur. Dünyəvi hakimiyyətin və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət- din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda tolerantlığın təcrübəsi diqqətlə öyrənilməli və təhlil olunmalıdır".
Azərbaycanda dini tolerantlıq modeli bütün dünyada etiraf olunur, təqdir olunur, öyrənilir və həyatda tətbiq olunur".
O diqqətə çatdırıb ki, fəlsəfə elmləri doktroru S.Hüseynov özünün "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: Tarix və müasirlik" əsərində haqlı olaraq əsrlər boyuk ölkəmizdə formalaşmış dini tolerantlığın inkişaf etdirilməsini aşağıdakı şəkildə göstərir:
"1. H.Əliyev və Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksəldilməsi
2. Dini tolerantlıq mədəniyyətinin inkişafında Qafqaz Müsəlmanları İdarəsinin rolu.
3. Müstəqillik dövründə dini tolerantlıq səhəsində Azərbaycanın yeri və rolu (Müəllif burada Dini İşlərlə Dövlət Komitəsinin, H.Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın və AR Prezidenti cənab İlham Əliyevin fəaliyyətini xüsusi qeyd edib).
Göründüyü kimi, Azərbaycanda tolerantlıq dini etiqad azadlığına, dünyiliviliyə əsaslanır, ekstremlizm, feyndamentalizm və radikalizmdən uzaqdır.
İndi ölkəmizdə 1802 məscid, 5 provaslav, 1 katolik, 4 gürcü provaslav kilsəsi, 6 sinaqoq fəaliyyət göstərir.
Bu gün Ulu Öndər H.Əliyevin tolerantlıq siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
İ.Əliyevin göstərişilə ölkədə tolerantlıq yüksək dərəcədə inkişaf edib.
Prezidentin sərəncamı ilə hətta Gürcüstanda yaşayan azərbaycanlıların rahat yaşamaları üçün bir sıra addımlar atıiıb. Prezident Azərbaycanda olan tolerantlığın Gürcüstanda da olmasını istəyir. Əgər dini tolerantlıq olarsa, orada azərbaycanlıların yaşaması daha rahat olar. Azərbaycan tərəfindən Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidəlrə pulsuz qaz verilir. Hətta erməni kilsələri də qazla təmin edilir, Allah yolunda.
İlham Əliyev dini tolerantlıq sahəsində Azərbaycan təcrübəsini bütün ölkələr üçün örnək hesab edir.
Bu gün respublikamızda azərbaycançılıq həm də mükəmməl tolerantlıq və real inkişaf modelidir. Azərbaycançılıq ideologiyası, dini tolerantlığın, polietnik mövcudluğun qarantii kimi çıxış edir…Azərbaycanda dözümlü ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin edən tolerantlığın praqmatik konsensus modeli daim inkişafdadır".
G. Mehdiyeva vurğulayıb ki, tolerantlıq bütün demokratik ölkələr tərəfindən qəbul edilsə də, onun praktiki surətdə həyata keçirilməsi üçün mərkəzlər, institutlar yaradılsa da,lakin bu sahədə hələ də çətinliklər mövcuddur: "Tolerantlıq müxtəlif elmi aspetklərdən – psixoloji, sosioloji, kulturoloji, fəlsəfi aspektlərdən təhlil olunur. "Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin müxtəliflik və fərqin qəbul edilməsi, onlara hörmət və rəğbət nəzərdə tutulur. Tolerantlıq həm də başqalarının hüquqlarını tanımaq əsasında, fərqi düşünmək tərzinə malik olduğunu anlamaq əsasında münaqişə və ziddiyyətlərin həllinin axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır".
Ölkə Prezidenti İlham Əliyev müasir dövrdə dini tolerantlığın yüksək mədəniyyəti və həyat tərzinə, dövlət siyəsətinə çevirmişdir: "Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərinin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini, milli dözumlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir".
Göründüyü kimi Azərbaycan xalqının özünün dözümlülüyü, dövlət və dini qurumların birgə fəaliyyəti ölkəmizdə dini tolerantlığın inkişafının əsas, mühüm amilidir.
Əsası Azərbaycan xalqının öz təbiətindən, onun milli mədəniyyətinin tərkib hissəsi olan islam dinindən irəli gələn, ölkəmizdə dövlət səviyyəsində yaranan dö- zümlülük mühiti Azərbyacanda dini tolerantlığın inkişafında mühüm rol oynayır.
"Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində Prezident İlham Əliyev mühüm rol oynaybr. Məhz Prezident İlham Əliyevin dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkəmizdə 1802 məscid, 550-yə yaxın pir və zayarətgah bərpa və təmir edilərək dindarların ixtiyarına verilib". ərbaycan özünün mədəniyyəti, sivilizasiyasının, milli dini müxtəlifliyinin, özündə etnik və etiqad rəngarəngliyini əks etdirmişdir. Dözümlülük, tolerantlıq azərbaycanlıların öz təbiətindən, mənəviyyatından, dünyagörüşündən, mentalitetindən, milli psixologiyası və xarakterindən irəli gəlir: "Sayca dominant üstünlüyə malik olan azərbaycanlı özünə hörməti zor və basqı ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla qazanmağa üstünlük verir…Ailəyə, dostluğa və peşəyə sədaqət azərbaycanın ən çox dəyərləndirdiyi keyfiyyətdir… Öz milli mənsubluğu ilə fəxr edən azərbaycanlı digər millətlərə də hörmətlə yanaşmaq, onlardan özünə və millətinə hörmət etmək haqqı əldə edir". Müəllif haqlı olaraq tolerantlıq münasibətinin qarşılıqlı olması fikrini əsaslandırır: tolerantlıq birmənalı olmamışdır, əks təqdirdə dinlərarası, millətlərarası ziddiyyyətlər yarana bilər. Başqalarına dözümlülük özünə dözümlülüyün yaranmasını tələb edir
Bir sözlə, tolerantlıq fərdlərarası münasibətlərdən başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər, sivilizasiyalar arasında dözümlülüyün məzahürüdür. Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə, milli azlıqların dilinə, dininə, bütün vətəndaşların hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq, sülh mədəniyyəti, həyat tərzi və düşüncə tərzidir".