“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
20 İyun 2025 13:01
19 523
XXI Əsrin Qadınları İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Qurbanların səsi" layihəsi çərçivəsində Şamaxıda tədbir keçirib.
"Xalq Cəbhəsi" xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emin Əsədov, Şamaxı Dövlət Regional Kollecin əməkdaşı Anar Süleymanov, XXI Əsrin Qadınları İB-nin sədri və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, müəllimlər və tələbələr iştirak edib.
Tədbirdə insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.
16 Sentyabr 23:13
2 625
9 Sentyabr 23:30
4 263
3 Sentyabr 12:54
6 510
