Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslandırmaları haqlı və hüquqi cəhətdən məntiqlidir Layihə

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslandırmaları haqlı və hüquqi cəhətdən məntiqlidir

2-ci yazı
Əvvəlki bütün qərarlardan fərqli olaraq, həmin gün "Dağlıq Qarabağ Respublikası"nın elan olunması "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ qanunu ilə əsaslandırılırdı. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bu qanunun məqsədi SSRİ məkanında qarşılıqlı münasibətləri müttəfiq respublikaların SSRİ tərkibindən çıxacağı halda riayət etməli olduğu müəyyən prosedurun qurulması vasitəsilə tənzimləmək idi. Müttəfiq respublikanın SSRİ tərkibindən çıxması həmin respublika əhalisinin öz iradəsini referendum yolu ilə azad ifadə etməsi əsasında həyata keçirilə bilərdi ki, bu referendumun da keçirilməsi barədə qərar müttəfiq respublikanın Ali Soveti tərəfindən qəbul edilirdi. Eyni zamanda bu qanuna əsasən, tərkibində muxtar respublikalar, muxtar vilayətlər və muxtar mahallar olan müttəfiq respublikada referendum hər muxtariyyət üzrə ayrıca keçirilməli idi. Bu muxtariyyətlərin xalqlarına SSR İttifaqında və ya onun tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək, habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ verilirdi.
Ancaq aşağıda diqqət yetirəcəyimiz məqam Ermənistanın tamamilə haqsız, eləcə də hüquqi cəhətdən əsassız olduğunu isbatlayır. Araşdırmaçıların qənaətincə, müttəfiq respublika yalnız mürəkkəb və çoxmərhələli proseduru keçdikdən və nəticədə SSRİ xalq deputatları Qurultayı müvafiq qərar qəbul edildikdən sonra SSRİ tərkibindən çıxmış hesab oluna bilərdi. Lakin SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna xitam verildiyi ana qədər qeyd olunan qanun tətbiq olunmadı və müvafiq olaraq, heç bir hüquqi nəticəsi də olmadı. Belə ki, heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan qanunda nəzərdə tutulmuş İttifaqdan çıxmaq prosedurundan istifadə etmədi. Azərbaycan Respublikası öz müstəqilliyini tam mənada əldə edənə və beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər Azərbaycan SSR DQMV-nin 26 noyabr 1991-ci il tarixinədək mövcud olduğu ərazi Azərbaycanın tərkib hissəsi olaraq qalmaqda davam edirdi.
Mövzu ilə bağlı qənaətlərini davam etdirən Tofiq Musayevin araşdırmasından məlum olur ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası kontekstində ərazi və sərhədlərə münasibətdə hüquqi varislik SSRİ-nin dağılmasından sonra "Uti possidetis juris" beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik əldə etmiş dövlətlərin sərhədlərinin beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil etdi: "Uti possidetis juris doktrinasına görə, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiyi andan etibarən hüdudlarına DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhəd hesab olunur və beynəlxalq hüquq tərəfindən qorunur. Qeyd olunan fikir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrdə də öz əksini tapmışdır. 1918-1920-ci illərdəki dövlət müstəqilliyinin bərpasını bəyan etməklə o dövrdə mövcud olmuş ADR-in hüquqi varisinə çevrilməsiylə Azərbaycanın guya sovet dövründəki sərhədlərə iddia etmək əsaslarından məhrum olması barədə erməni tərəfinin irəli sürdüyü tezisə gəldikdə isə, burada diqqət "Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında" Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Belə ki, bu maddəyə əsasən, "dövlətlərin hüquqi varisliyi: a) müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil edilmir...". Başqa sözlə, bilavasitə SSRİ-nin onun tərəfindən bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilmiş sərhədlərinə aid olmasına baxmayaraq, qeyd olunan müddəa özündə, faktiki olaraq, hüquqi varislikdən asılı olmayaraq, mövcud sərhədlərin olduğu kimi saxlanılmasına münasibətdə konseptual beynəlxalq-hüquqi yanaşmanı ehtiva edir. Bu isə o deməkdir ki, suverenliyin dəyişməsi daimi xarakter daşıyan sərhədləri sarsıtmağa qadir deyil.
Yekun 1. Azərbaycanın Millətlər Cəmiyyətinə üzvlüklə bağlı ərizəsinə baxılması məsələsinin işıqlandırılması zamanı rəsmi Yerevanın açıq-aydın yol verdiyi təhriflərə və eyni zamanda, Ermənistanın Millətlər Cəmiyyətinə ünvanladığı eyni məzmunlu ərizəyə sonuncunun cavabı barədə susmasına baxmayaraq, bu təşkilatın gəldiyi nəticələr dövlətlərin sonrakı dövrdə yaranmış ərazi çərçivələrinə yenidən baxılması üçün əsas hesab oluna bilməz. Əks təqdirdə, əgər erməni tərəfinin dəlilləri ilə razılaşsaq, onda Ermənistanın özünün beynəlxalq hüquq subyektliyi şübhə altına alına bilər.
2. SSRİ Konstitusiyasına əsasən, Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində muxtar vilayət idi. DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanunla müəyyən edilirdi.
3. 2 sentyabr 1991-ci il tarixində "Dağlıq Qarabağ Respublikası"nın elan olunması SSRİ Konstitusiyasına zidd idi. Belə ki, həmin Konstitusiyaya görə, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi, müttəfiq respublikalar arasındakı sərhədlər isə yalnız müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. Məsələ ilə bağlı "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ qanununa istinad edilməsi əsassızdır. Belə ki, SSRİ tərkibindən çıxmanın rəsmiləşdirilməsi üçün bu qanunda nəzərdə tutulmuş məcburi mexanizminə 2 sentyabr 1991-ci il tarixinə qədər, nə də ondan sonra Azərbaycan tərəfindən tətbiq edilməmişdi.
4. Muxtar Vilayət 26 noyabr 1991-ci il, yəni Azərbaycan Respublikası Ali Soveti tərəfindən onun ləğvi barədə qanun qəbul edildiyi tarixədək mövcud olmuşdu.
5. Uti possidetis juris doktrinasına əsasən, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi andan etibarən, DQMV-nin də daxil olduğu Azərbaycan SSR-in keçmiş inzibati sərhədləri beynəlxalq sərhədlər sayılır və beynəlxalq hüquqla qorunur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ilə suverenliyin dəyişdirilməsi və keçmiş müttəfiq respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi onların müstəqillik əldə etdikləri ana qədər mövcud olan və daimi xarakter daşıyan sərhədlərini sarsıda bilməzdi".
Aktual problem-mövzu ilə bağlı Hatəm Cabbarlının qənaətləri dədiqqətçəkəndir: "Təxminən yuz ildir davam edən Dağlıq Qarabağ problemi qəti şəkildə həll edilmədiyi zamana qədər Azərbaycanın ciddi problemlərindən biri olaraq qalacaq. Bu problemin qəti şəkildə həll edilməsi dedikdə, Azərbaycanın ərazi bütünlüyü cərcivəsində həll olunması nəzərdə tutulur. Son zamanlarda qondarma erməni soyqırımı təbliğat kompaniyasının davam etdiyi nəzərə alınarsa, qondarma DQR-in tanınması istiqamətində də soyqırımı numunəsində olduğu kimi bir təbliğat kompaniyasına başlaya bilər. Azərbaycan problemi "Ermənistanın Azərbaycan torpaqlarını işğalı" kimi dəyərləndirməli, rəsmi sənədlərdə bu cur yazılmalıdır. Cunki məsələ Dağlıq Qarabağın sərhədlərini coxdan aşıb və Ermənistan rəsmən Azərbaycan torpaqlarını işğal edib. Bu problemdə əhəmiyyətli olan məqamlardan biri də tərəflərin məsələyə muxtəlif aspektlərdən yanaşmasıdır. Dağlıq Qarabağ munaqişəsi başladıqdan sonra Ermənistan problemə munasibətdə bir muddət bolgənin Ermənistana birləşdirilməsi, daha sonra isə xalqların öz muqəddəratını təyin etməsi (self determination) məsələsini ön plana çıxarıb. Ermənistan eyni zamanda Azərbaycana qarşı ərazi iddialarına hüquqi bazasını təşkil etmək və mövqeyini mohkəmləndirmək üçün Dağlıq Qarabağın heç vaxt mustəqil Azərbaycanın tərkib hissəsi olmaması barədə tezisi ilə çıxış edirlər".
Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibində olarkən baş verən hadisələrə nəzər yetirək. Araşdırmaçıların fikrincə, muttəfiq dövlətlərin Dağlıq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıması ilə bağlı yuxarıda qeyd olunmuş faktlarla yanaşı, Sovet İttifaqı tərkibinə qatılarkən Qarabağın mustəqil Azərbaycanın yurisdiksiyası altında olmaması ilə bağlı tezis həmcinin Ermənistanın ərazi iddiaları ilə əlaqədar olaraq bu məsələyə bir necə dəfə baxmış RK(b)P MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və 5 iyul 1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması barədə qərar vermişdi. Eyni zamanda Azərbaycan SSR-yə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdu.
13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gğrcğstan SSR, digər tərəfdən isə Turkiyə arasında dostluq haqqında muqavilə imzalandı. Muqavilənin 5-ci maddəsi ilə Turkiyə, Ermənistan və Azərbaycan hokumətləri "...Naxzıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi kimi yaradılması"na razı olduqlarını bildirdilər.
13 dekabr 1922-ci il tarixində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (ZSFSR) yaradılmışdı. Onun Konstitusiyası Naxçıvan Respublikasının bir muxtar qurum kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktını bir daha təsdiqlədi. Bu konstitusiyaya gorə, muxtar respublika və vilayətlərin (Abxaziya, Acarıstan və Cənubi Osetiya) vəziyyəti dəyişməz olaraq qalırdı. Nə Qars Muqaviləsində, nə də ZSFSR Konstitusiyasında Qarabağın dağlıq hissəsi barədə hər hansı bir qeydə rast gəlinmirdi, çünki bu bölgə rəsmi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi tanınırdı, o cumlədən Ermənistan SSR tərəfindən. SSRİ-nin ilk konstitusiyasının qəbul edildiyi gundən bir gün sonra, yəni 7 iyul 1923-cü il tarixində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Fərman dərc etdirdi. Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdi. DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına uyğun olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunla muəyyən edilirdi.

Uğur