“Azərbaycan problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır” Layihə

“Azərbaycan problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”

Ramiya Məmmədova: "Ermənistana və onun hakimiyyətinə zaman verir ki, bu münaqişəni sülh yolu ilə həll etsinlər"


"Yaxın perspektivdə müharibə başlanma ehtimalı azdı. Əlbəttə ki Azərbaycan hər zaman öz torpaqlarını azad etmək istəyilə bərabər buna nə gədər qadir olduğunu da 16 aprel savaşında bütün dünya və Ermənistana göstərdi. Bu gün bir çox erməni saytlarında Azərbaycan tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq təmas xəttində pozulması halları var. Lakin Azərbaycan yenə də münaqişənin sivil yolla, yəni danışıqlar yolu ilə qan tökülməməsi, şəhid verilməməsi yolu ilə həllinin tərəfdarıdır və bunu da hər zaman göstərməkdə davam edir. Ona görə də bu gün Azərbaycan Ermənistanda gedən proseslərin sonunu gözləyir, yəni bir növ Ermənistana və onun hakimiyyətinə zaman verir ki, bu münaqişəni sülh və danışıqlar yollu ilə həll etsinlər".
Bu fikirləri politoloq Ramiya Məmmədova "Xalq Cəbhəsi"nə müsahibəsində deyib. O həmçinin digər suallarımızı da cavablandırıb.

-Hazırda bildiyiniz kimi ATƏT-in Minsk qrupu həmsədrləri vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi uzun illərdir davam edir. Əlbətdə ki, Minsk qrupu öz fəaliyyətini beynəlxalq hüququn normaları və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəalarını rəhbər tutaraq fəaliyyət göstərir. Lakin bu illər ərzində qöründüyü kimi nə qədər "qızğın" iş getsə də nəticə əldə olunmayıb və Dağlıq Qarabağ məsələsi həll olunmamış qalmaqdadır.
Yəni Minsk qrupu bu formatda işini davam etdirsə, bu məsələ bundan sonrakı illərdə də açıq qalacaq. Deməli Azərbaycan öz torpaqlarını azad etməyə yönəlik siyasəti davam etdirməli və doğru bildiyi yolla bu məsələni köklü şəkildə həllinə nail olmalıdır.
-Ermənistanda ictimai-siyasi durum gərginləşməkdə davam edir. Bu vəziyyət danışıqlar prosesi ilə bağlı nə vəd edir?
-Bu gün Ermənistan hakimiyyət böhranı yaşayır. Ermənistanda baş verən hakimiyət dəyişikliyi və hakimiyyəti devirən yeni baş nazir Nikol Paşinyan onsuz da acınacaqlı olan Ermənistanı biraz da uçuruma aparır. Ard-arda baş verən hadisələr, Paşinyanın hakimiyyətə gəldikdən sonra istər xarici, istərsə də daxili siyasətdə atdığı addımlar, verdiyi bəyanatlar bunun bariz nümunəsidir. Ermənistan hüquqi dövlət olmadığından və Rusiya forpostu olaraq müstəqil konstitusiya ilə idarə olunmur. Ona görə də onlar azad qərar qəbul etdiklərini və sərbəst şəkildə dövləti idarə edə biləcəklərini nə qədər göstərməyə çalışsalar da bu, qəti şəkildə mümkün olmur. Çox guman ki, yaxın zamanlarda Ermənistanda siyasi böhran daha da dərinləşəcək. Bu vəziyyət isə Dağlıq Qarabağ məsələsinin həllini uzada bilər.

-Sizcə Köşəryanın həbsi və azad edilməsinin pərdəarxası məqamları nədən ibarətdir?

-Ermənistan baş prokurorluğunun təqdimatı əsasında iyulun 26-da barəsində həbs-qətimkan tədbiri seçilən eks prezidenti Robert Köçəryan ölkənin konstitusiya quruluşunu dəyişdirməyə cəhddə ittiham olunur. İttiham sübut olunarsa, eks-prezidenti maksimum 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Koçəryan da Paşinyan kimi Levon Ter-Petrosyanın məcburi istefaya göndərilməsindən sonra ölkənin rəhbərliyini ələ aldı və Ermənistanda Qarabağ klan rejimini yaratdı, yəni vəzifələrin başına yalnız Qarabağ ermənilərini gətirdi. Ozü prezidentlik vəzifəsindən getdikdən sonra da hakimiyyəti başqa klanın üzvü olan Serj Sarkisyana təhvil verdi. Bu da ermənilərin xoşuna gəlmirdi. Sarkisyanı devirdikdən sonra Nikol Paşinyan ona rəqib ola biləcək Qarabağ klanını zəiflətmək xəttini götürdü, lakin bunu sona çatdıra bilmədi. Belə ki, öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibini dəyişmək istəyi Moskvanın xoşuna gəlmədi və ona sərt reaksiyalar verdi, sonra da məhkəmə eks-prezident Robert Köçəryanı da azad etdi. Robert Köçaryanın həbsdən azad edilməsi, birbaşa Moskvanın təzyiqi ilə əlaqədardır. Yəni Moskva öz kadrlarına arxa durmaq və Ermənistanın yeni hakimiyyətinə Rusiyaya qarşı suyasətini yenidən gözdən kecirməsi ismaricını verməkdədir.
-Rusiyanın Ermənistandakı proseslərlə bağlı mövqeyi necə ola bilər?
-Ermənistan tarixən Rusiyanın Qafqaz reqionunda onun ən yaxın tərəfdaşı olmuş bir ölkədir. Ermənistanın bütün rəhbərləri Moskva tərəfindən təyin olunub və rəhbərlikdə təmsil olunanlar hər zaman onların əmrlərini yerinə yetirən kadrlardır. Ermənistanda baş vermış inqilab və Moskvanın kadrını devirirb vəzifəyə gələn Paşinyan, xüsusən də onun Qərb yönümlu olması Kremlin marağına ziddir. Rusiya bir müddət Paşinyanın elədiklərinə seyrçi qaldı, lakin son günlərdə Kremlin kadrlarına yönəlmış təzyiqlərdən sonra bu mövqeyindən çıxaraq artıq mövcud hakimiyyətə qarşı tədbir görəcəyini ehtimal etmək olar. Bu tədbirlərin də başında yenidən Qarabağ klanına üstünlük veriləcəyi ehtimalı da var. Yəni Köçəryan-Sarkisyan və digərləri Paşinyana qarşı çıxaraq yenidən devirmə planı həyata kecirə bilər.
-Paşinyanın sərgilədiyi mövqe ilə bağlı nə demək olar?
-Paşinyan Ermənistanın Qərbə yönəlmə mövqeyini irəli sürür. Yəni Rusiyanın əsarətindən çıxaraq daha genış və azad siyasətə can atır. Buna görə də Qərb dövlətləri və Amerika rəhbərləri ilə ünsiyyət qurmağa səy göstərir. Paşinyan bunu NATO sammitində də göstərməyə calışdı. Lakin Paşinyan bir növ odla su arasında qalır, yəni bir tərəfdən Ermənistana havadarlıq və dəstək duran Rusiya, digər tərəfdən Rusiyaya qarşı olan Qərb, bir tərəfdən də daxili təlatümlər içində olan ölkə. Paşinyan cox çətin dillema qarşısındadır. Onun daxildəki problemləri həll etmədən xarici problemləri həll edə bilməsi mümkünsüz kimi görünür.
-Həmsədrlik institutu demək olar fəaliyyətsizdir. Həmsədrlərdən gözləntiniz nədir və bu institutun gələcəyini necə görürüsünüz?
- Onların gördüyü işlərin nəticəsi göz qabağındadır. Yəni Qarabağ məsələsində heç bir irəliləyiş əldə olunmayıb. Bu qrupun işi zaman itkisindən başqa bir şey deyil. Bu qrupa ABŞ, Fransa və Rusiyadan başqa digər dövlət nümayəndələri də daxil olsa daha yaxşı olardı. Məsələn, Türkiyə. Tükiyə qardaş dövlət kimi həm də adekvat qiymət verməyi bacarır. Bu münaqişənin həlli məsəsləsində daha maraqlı olması bu qrupun fəaliyyətində bir dönüş yarada bilər. Əks təqdirdə bu qrupun fəaliyyətindən hansısa bir müsbət nəticə alınması inandırıcı deyil.

-KTMT-nin müharibə başlayacağı halda hansi mövedə olacağı ilə bağlı ehtimallar nədən ibarətdir?

-Bildiyimiz kimi, Azərbaycanla Ermənistan arasında gedən müharibə əsasən Dağlıq Qarabağ ətrafında baş tuta bilər. Yəni Dağlıq Qarabağ deyure olaraq Azərbaycan ərazisidir. Azərbaycan da öz ərazilərini qorumağa və işgaldan azad etmək hüququna malikdir. KTMT-nin müharibəyə qoşulması o zaman baş tuta bilər-əgər, Azərbaycan KTMT-yə üzv olan bir dövlətə hücum etsin. Yəni müharibə sırf Azərbaycan ərazisində baş verdiyi ücün KTMT-nin bu müharibəyə qoşulması mümükunsüzdür. Bunun da biz 16 aprel müharibəsi zamanı şahidi olduq.

-Məsələn, Qazaxıstanla Azərbaycanın münasibətləri kontekstində KTMT-nin daha çox formal quruma bənzədiyini demək olarmi?

-Qazaxıstnla Azərbaycan dost və müttəffiq ölkədir, strateji təarəfdaşımızdır. Yəni KTMT-də iştirak edən hər bir ölkəylə Ermənistan istisna olmaqla çox yaxın tərəfdaşlığımız var. Bu münasibətlər çərcivəsində KTMT Azərbaycana qarşı ola biləcək bir addım atmaz. Qazaxıstan daim Azərbaycanı dəstəkləmiş və bunu da təbii ki, hərbi blokun zəiflətməsinə gətirib çıxaran amillərdən biri kimi dəyərləndirmək olar.

Əli