İçməli su qıtlığı böhranı ciddidir – Rəsmi açıqlama Güney Azərbaycan

İçməli su qıtlığı böhranı ciddidir – Rəsmi açıqlama

"Bütün əhali və məsullar istənilən hadisəyə hazır olmalıdır və bu arada vilayətin (ostan) böhranı idarə etmə orqanlarının hazır olması daha vacib sayılır". Bu sözləri Şərqi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini Məhəmmədsadiq Purmehdi deyib.
Vali müavini jurnalistlərə deyib:
"Böhranı kontrol və idarə etmək bir orqandan asılı deyil və buna görə də bütün orqanlar əl-ələ verməlidir. Təbriz şəhərinin müxtəlif orqan və qurumları isə hadisələrə qarşı xüsusi hazır olmalıdılar.
M.Purmehdi Təbrizdə əhali sıklığına işarə edərək bildirib ki, "bu şəhərdə əhalinin sayı kifayət qədər çoxdur, o üzdəndə hərhansı bir hadisədə az itki vermək üçün xüsusi hazırlıq lazımdır. Təbrizdə və Şərqi Azərbaycan Vilayətinin bütün şəhərlərində gözlənilməz hadisələrə hazır olmaq üçün müvəqqəti məskunlaşmaq üçün xüsusi yerlər olmalıdır. Bunun üçün yerli Bələdiyyələr (Şəhrdari) park, stadion və bağça kimi yerlərdən istifadə edə bilərlər."
M.Purmehdi Şərqi Azərbaycan Vilayətinin içməli su qıtlığı problemini ciddi sayaraq bildirib: "Bu gün içməli su qıtlığı problemi var və bunun üçün özümüzü sorumlu sayırıq. Biz bu məsələdə qənaət (sərfecuyi) mədəniyyətini təbliğ edib və riayət etməliyik. Riayət etməyənlər isə qanun qarşısında cavab verməlidir."
O içməli su qıtlığı mövzusu ilə bağlı sözlərinin davamında deyib ki, "biz bütün imkanlardan istifadə edirik ki, Təbrizdə su kəsilməsin, lakin suyun istifadəsində israf edənlərin qarşısı alınmalıdır."