“Məqsəd İran azərbaycanlılarının hüquqlarını bərpa etmək deyil” Güney Azərbaycan

“Məqsəd İran azərbaycanlılarının hüquqlarını bərpa etmək deyil”

Arzu Nağıyev: "Bu kanallarda verilişlər təmiz azərbaycan dilində getmir"

"İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziyanın yaradılması haqda ilk dəfə öz açıqlamasında Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami jurnalistlərlə görüşdə bildirib. Hətta o qeyd edib ki, Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Onun fikrincə bu kanal Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək". BayMediaya açıqlamasında belə deyən politoloq Arzu Nağıyev "məlumdur ki, bunun üçün birgə yayım komissiyası da yaradılmalıdır",- deyə əlavə edib: "Fikrimcə və mütəxəssislərin rəyinə görə burada əsas məqsəd heç də İran azərbaycanlılarının hüquqlarını bərpa etmək üçün yox, daha çox öz ideyalarını, məram və məqsədlərini təbliğ etmək üçün istifadə etdikləri "Səhər" kanalının 24 saatlıq yayıma keçməsidir. İRNA –nın okytabrın 6-da verdiyi xəbərdə Zərqami bildirib ki, "Səhər" kanalında düşmən medialarına qarşı təbliğat məsələsini güclü qoyduğa üçün onun təsir dairəsi genişləndirilməli və 24 saatlıq azərbaycan və kürd dillərində yayıma başlamalıdır. Hansı kanalın açılmasından asılı olmayaraq İranda peyk antennaları qadağan olduğu üçün hər kanala baxmaq mümkün deyil və bu ancaq dövlət nəzarəti ilə həyata keçirilə bilər. Bu kanallarda isə verilişlər əsasən təmiz azərbaycan dili deyil, məqsədyönlü olaraq qrammatik cəhətdən qarışıq və əsasən fars sözləri ilə zəngin dildə gedir".

Əli