İran ali məktəblərinin reytinqi açıqlandı: Təbriz Universiteti ilk onluğa daxildir Güney Azərbaycan

İran ali məktəblərinin reytinqi açıqlandı: Təbriz Universiteti ilk onluğa daxildir

İslam Dünyasının Elmi İstinad Mərkəzi (ISC) İran üzrə universitetlərin reytinqini açıqlayıb.

Təbrizin "Azaranjoman" xəbər saytının verdiyi məlumata görə, Mərkəzin Elm, Araşdırma və Texnologiya Nazirliyinin tabeliyində olan 103 dövlət universiteti 104 göstərici əsasında araşdırılıb.

Təbriz Universiteti bu sıralamada ilk 10-luğa daxil olub.

Qeyd edək ki, Təbriz Universiteti 70 ildən çoxdur fəaliyyət göstərir. Təməli 1945-ci ildə Pişəvərinin başçılıq etdiyi Milli Hökumət tərəfindən qoyulan Universitet 20-dən çox institut, bir neçə elmi-tədqiqat mərkəzi və 800 nəfərlik müəllim heyətinə malikdir.

20 mindən çox tələbəsi olan Universitet bütün ayrı-seçkiliklərə və məhdud imkanlara baxmayaraq, beynəlxalq səviyyədə seçilən ali məktəblərdən və ölkənin ən etibarlı elm ocaqlarından biridir.

Gunaz.tv