Urmiyə xiyabanları Azərbaycan məşhurlarının adı ilə bəzədiləcək Güney Azərbaycan

Urmiyə xiyabanları Azərbaycan məşhurlarının adı ilə bəzədiləcək

Azərbaycan türklərinin rejimin asimilasyon siyasətinə qarşı öz milli kimliklərinin dirçəlməsi uğrunda apardıqları mübarizə müəyyən sahələrdə nəticə verməyə başlayıb.
Urmiyə şəhərinin xiyabanları Azərbaycan məşhurlarının adı ilə bəzədiləcək. Bu barədə Urmiyənin Şəhər Şurası qərar qəbul edib.
Urmiyə şəhərinin Adlandırma Şurasının rəisi doktor Əlizadə bu istiqamətdə zəhmət çəkən bütün məsulları alqışlayaraq bildirib ki, "Şəhər Şurasının səyləri nəticəsində qədim adların qaytarılması, Urmiyə şəhərinin milli kimliyini tanıtdırmaq uğrunda ciddi addımdır. Və biz əhalinin xadimi olaraq şəhər əhalisinin istəklərini təmin etməkdən yorulmamalıyıq."
O əlavə edib ki, şəhər əhalisinin istəyi əsasında Urmiyənin mədəni və tarixi məşhurları, həmçinin milli və beynəlxalq qəhrəmanlarının adları şəhərin küçə və xiyabanlarında istifadə olunmalıdır.
Urmiyə Şəhər Şurasının qərarına əsasən, şəhər xiyabanlarında Azərbaycan məşhurları o cümlədən Dədə Katib, Şeyx Səfiyyəddin Urməvi, Hisaməddin Çələbi və s. kimi adlardan istifadə olunacaq.