“Traxtur-İstiqlal” müsabiqəsində nələr baş verdi?! – VİDEO Güney Azərbaycan

“Traxtur-İstiqlal” müsabiqəsində nələr baş verdi?! – VİDEO

Mayın 10-da (ordibeheştin 20-də) Təbrizin "Traxtur" futbol komandası ilə Tehranın "İstiqlal" takımının qarşılaşması Təbriz komandası üçün ciddi uğur gətirdi. İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 29-cu həftəsində keçirilən müsabiqə (4 – 1) hesabı ilə "Traxtur"un xeyirinə yekunlaşdı və bununla da "Traxtur" çempionluğun bir addımlığına çatdı.
GünAz TV mətbuat mərkəzi Tehranın Azadi stadionda keçirilən müsabiqə barədə daha ətraflı məlumat əldə edib:
- Soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrindən "Traxtur"un müsabiqəsini izləmək üçün Tehrana üz tutublar. Bazar günü Tehran-Kərəc və Qəzvin yolunda "Traxtur" tərəfdarlarının maşın karvanlarını görmək mümkün olub.
- Müsabiqəni yaxından izləmək üçün İran ordusu və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvləri bir neçə saatlıq məzuniyyət (murəxəsi) alaraq stadiona gəliblər.
- Keçmiş müsabiqələr kimi bu müsabiqədə də "İqtiqlal" tərəfdarları azərbaycanlılara qarşı təhqiramiz şüarlar səsləndirib və bir sıra "Traxtur" tərəfdarı bu təhqirlərə cavab verməli olub.
- Stadionda "Yaşşasın Azərbaycan", "Azərbaycan var olsun – İstəməyən kor olsun", "Traxtur bozqurdumuz – Azərbaycan yurdumuz", "Ərəb körfəzi", "Türklərin iftixarı Traxtur" və s. kimi şüarlar səsləndirilib.
- Müsabiqədə kəskin məğlubiyyətə uğrayan "İstiqlal" tərəfdarları, oyun bitdikdən sonra "Traxtur" tərəfdarlarını təxribata çəkməyə çalışıblar, lakin buna nail olmayıblar. Bu arada pərakəndə şəkildə qarşıdurmalar da yaşanıb. "İstiqlal" tərəfdarları "Traxtur" tərəfdarlarına daş atıb və vəziyyəti gərginləşdirmək istəyiblər, lakin polis qüvvələrinin müdaxiləsi nəticəsində ciddi hadisə baş verməyib.
- Azərbaycanın müxtəlif bölgələrindən gələn Azərbaycan Milli Hərəkat fəalları stadion həndəvərində tutuqlu azərbaycanlı fəallarla bağlı şüarlar səsləndirib və tanınmış fəal Səid Mətinpurun qeyd-şərtsiz azadlığını tələb ediblər.
- Və s.