Urmiyədə yeni həbs dalğası: 4 nəfər azərbaycanlı fəal saxlanılıb Güney Azərbaycan

Urmiyədə yeni həbs dalğası: 4 nəfər azərbaycanlı fəal saxlanılıb

Güney Azərbaycanın Urmiyə şəhərində yeni həbs dalğası başlayıb.
İyunun 6-da (xordadın 16-da) Urmiyədə iki nəfər azərbaycanlı fəal Sina Həsəni və Əli Əzizi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.
Hicri-şəmsi təqvimi ilə 1375-ci il doğumlu fəalların hansı səbəbdən yaxalandığı və harada saxlanıldıqları barədə hələlik heç bir məlumat yoxdur.
İyunun 7-də isə daha bir azərbaycanlı milli-mədəni fəal tutulub. Urmiyə sakini Əta Kərimi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb. Hələlik onun ittihamı və harada saxlanıldığı barədə məlumat yoxdur.
Həmçinin bundan öncə xəbər verdiyimiz kimi, azərbaycanlı fəal Qulam Qulizadə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O iyunun 7-də Urmiyədə öz şəxsi evində yaxalanıb. Hələlik fəalın hansı səbəbdən tutulması ilə bağlı heç bir məlumat əldə olunmayıb.
Qulam Qulizadə 2013-cü il iyunun 28-də (1392-ci il tirin 7-də) daha 35 fəalla birlikdə tutulmuşdur. Onlar İşgəncələrə qarşı beynəlxalq mübarizə gününü qeyd etmək məqsədi ilə Səhənd dağına gedərkən yaxalanmışdılar.