Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
2 Avqust 2019 12:16
20 258
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Əmrəli ilə maraqlanan daha bir İspaniya klubunun adı məlum olub.
Report-un verdiyi məlumata görə, bu barədə “Gol Digital” yazıb.
Nəşrə bu ölkənin səviyyəcə ikinci liqasında çıxış edən “Estremadura” və “Malaqa” klubları ilə yanaşı, “Almeriya”nın da 22 yaşlı hücumçunu transfer etmək istədiyini bildirib.
Bildirilib ki, Əmrəlinin İspaniyaya yollanması “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından asılıdır. Bu transfer Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıracağı halda reallaşacaq. “Köhlən atlar” III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməsələr, forvard adı çəkilən 3 klub arasında seçim edəcək.
Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-a kimi müqaviləsi var.
17 Dekabr 11:55
994
17 Dekabr 11:54
980
16 Dekabr 18:01
1 519