Hansı ölkə dünya üçün daha təhlükəlidir? Dünya

Hansı ölkə dünya üçün daha təhlükəlidir?

ABŞ, yoxsa Rusiya?

Cavid

Suriyada, İrakda, Liviyada və Ukraynadakı müharibələr, İŞİD-in yaranması, bu ölkələrin parçalanması və milyonlarla qaçqınlar... Bütün bunların arxasında nə durub? Rusiya? Necə ki, bizə bunu Qərb mətbuatı təqdim edir, yoxsa ABŞ? Nəyi ki, Rusiya və onun tərəfdaşları bildirir.
Bu ilki çıxışında ABŞ prezidenti Barak Obama bir ölkəni özlərinə düşman kimi gördüyünü qeyd edib. Bu da - Rusiyadır. Qeyd olunan daha bir düşman isə İŞİD idi. Lap əvvəlki nitqində isə Obama Rusiyanı "Ebola" virusu ilə eyniləşdirmişdi.
"Svobodne noviny" nəşri yazır ki, mütəxəssis Yaromir Petrşikin fikrincə, əslində Rusiya təcavüzkardır. Rusiya Suriya prezidenti əsədi müdafiə etməklə Ərəb ölkələrini bir-birinə qatmışdı. Bəs doğrudanmı Ukraynaya hərbi hücum edən Rusiyadır? Nəyi ki, biz gündəlik olaraq nüfuzlu Reuters, CNN, BBC və bizim ČT agentliklərindən eşidirik.
Mahir təbliğat, yarı gerçək olan informasiyanın yayılmasında özünü əks etdirir. Bəs Putin, Ukraynada necə müharibə şəraiti yarada bilər?
Belə çıxır ki, O, Yanukoviçin demokratik rejimini devirərək, Rusiya meyilli Turçinov və Yatsenyuku hakimiyyətə gətirirək, onlara "Antiterror əməliyyatı" həyata keçirməyə əmr verib və bildirib ki, yeni hakimiyyəti qəbul etməyən Donetsk və Luqansk əhalisi məhv edilməlidir?
Eyni ilə ABŞ tərəfi də Kiyev hadisələrində əllərini yana salmayaraq, anti Rusiya təbliğatında fəal olublar. Onlar deyildimi Kiyev hadisələrindən sonra Ukraynanın qərbinə qarşı müharibənin elan edilməsində əsas vasitəçilərdən olan?
İrak və Liviya haqqında da kifayət qədər deyilib. Bu ölkələrə başda NATO olamqla ABŞ təcavüz edib. Bundan baqşa ABŞ başda olmaqla, demokratlar hər iki ölkənin prezidentini və dövlət nümayndələrini öldürüblər. İtaət altına alınan ölkələrdə heç Hitler də belə vəhşilik etmirdi. Amerikalılar bu ölkələrin rəhbərlərini öldürmək əmri verərək, dövlətləri xaosla üz üzə qoydu. Bunun əsas məqsəd olmadığına, bu gün heç kim inanmır.
Lakin ABŞ günahı öz üzərində qoya bilməzdi və nəticədə əsas günahkar kimi Rusiya və Putini ortaya atdı. ABŞ Avropanı Rusiyaya qarşı sanksiyalar tədbiq etməyə vadar etdi ki, bu Rusiya ilə yanaşı Avropaya da zərbə vurdu, lakin ABŞ-a heç bir ziyanı dəymədi. Hər iki ölkənin KİV-i bir-birinə qarşı amansız mübarizə elan edib. ABŞ elitası bu gün Rusyaya qarşı mövqeyini heç soyuq müharibə dövründə də nümaiş etdirməmişdi. O vaxt razılaşmayan qüvvələr var idi, bu dəfə isə onlara heç bir imkan verilməyib.
Rusiya haqqında real məlumatlara sahib olan istənilən adam bu gün "Putinə meyillilik"də günahlandırılır. Hətta böyük hörmətə malik Stiven Koen də. Bu gün ABŞ KİV-ində Rusiya haqda fikir formalaşdıranlar, ya heç vaxt orda yaşamayıb ya da çoxdan yaşayanlardır.
Əgər bu gün Co Makkarti sağ olsaydı, onda onu hər 5 dəqiqədən bir CNN-də efirə buraxardılar.
Bu gün təcrübəli mütəxəsislərin yoxluğu və Rusyanı Suriya, İŞİD eləcə də Şimali Koreya ilə eyniləşdirən "Mütəxəssislər"in çoxluğu narahatçılıq yaradır. Rusiya hərbi sferada yüngülçəkili deyl. Söhbət dünyanın ən gücül ikinci hərbi "derjava"sından gedir.
ABŞ elitası Putini ona görə sevmir ki, O, Vaşinqtonun hörməti əleyhinə çıxışlar edir.
Amrika bu günə qədər özünü Rusiyanın potensial qurbanı kimi qələmə verən bütün ölkələrə dəstək olub. Əgər Putin əməkdaşlıqda yeni meyarlara meyilli idisə, ABŞ Soyuq Müharibə dövründəki təfəkküründən qurtula bilmir. Kreml – pisdir, Kremlin düşmanları – yaxşıdır.
Sitat: "Daimi təbliğat münasibətlərin yaxşılaşdırılmasına mane olur, bu gün Qərbin ən məhşur nəşrləri təblğatla məşğuldur. İrakdakı müharibənin təməlini qoyan siyasi axmaqlar, bu dəfə diqqəti Rusiyaya yönəldiblər. Təsdiq üçün Almaniyanın "Gekaufte Journalisten" (Satılmış müxbirlər) nəşrinə müraciət etmək kifayət edir. Bu nəşrin əməkdaşı Udo Ulfkot faktlarla, Almaniya tərəfindən ABŞ-a təqdim olunan cəfəngiyyatlar haqda yazıb"
Eyni zamanad ABŞ-da da, Rusiya əleyhinə təbliğat davam edir. Xüsusən də Fox News və CNN demək olar ki, hər gün general mayor Robert Skeylzi göstərir. Skeylz bu yaxınlarda Amerikanı "Rusları öldürməyə" dəvət edirdi.
Kreml başa düşür ki, iqtisadi potensialı gücləndirmək naminə Qərblə əməkdaşlığı sıxlaşdırmaq adi bir işdir. Bu Rusiyanın "BRİKS" ə qarşı coşğulu münasibətini də izzah edir. Çinlə alyansın yaranma səbələri də eynidir. Hansı ki, uzun müddətli gözləntilərə əsasən rəsmi Moskvaya sərf etmir.
Buna baxmayaraq Putin hesab edir ki, – rəsmi Vaşinqtona itaət etmək – baş verə biləcək ən pis seçənəkdir.
Bu da böyük bir faciədir. Baş vermiş hadisələr Çini daha da möhkəmlədəcək, hansı ki, gücünün pik nöqtəsinə çatıb və dünya üçün təhlükəli hesab olunur. Çünki Çin, sivilizasiyasının beşiyidir və Çin millətçiləri bunu çox yaxşı xatırlayır.
Heyif ki, hərbi müdaxilələr hesabına dünyada sabitliyi pozan ABŞ bunu başa düşmür.
Bu səbədən də Dünya üçün ən böyük təhlükə Rusya deyl, ABŞ-dır.