Rusiya və Amerika arasında gərginlik Dünya

Rusiya və Amerika arasında gərginlik

Bu, nüvə qarşıdurması ilə nəticələnə bilərmi?

Cavid

İstər inanın, istər inanmayın, amma biz yenə də nüvə silahının işə salınmasına dair yüksək hərbi hazırlıqların aparıldığı vəziyyətdəyik və bu gün bu vəziyyət soyuq müharibə zamanı baş verən hadisələrdən daha təhlükəlidir. Bu yaxınlarda Turkiyənin Suriya ilə sərhədində vurulan Rusiya təyyarəsi müharibə və ehtiyatsızlıq müvazinətinin zərifliyinun bariz nümunəsidir. Bu isə öz növbəsində Rusiya və ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən NATO arasındakı gərginliyi artırır və etibarsızlığı gücləndirir. Moskva və Vaşınqton arasında nisbətən aşağı səviyyədə baş verən hərbi toqquşmalar soyuq müharibə zamanından bəri görünməyən eskalasiya qığılcımlarını böyüdür. Söhbət üzdə böyük olmayan, lakin dayanıqlı şəkildə artan və bu eskalasiyanı təsadüfən və ya qəsdən nüvə təhlükəsinə çevirə bilən təhlükədən gedir. ABŞ və Rusiyanın yüksək hərbi hazırlıq vəziyyətində olan nüvə nöqtələri, eləcə də yüzlərlə strateji döyüş başlıqlarının olması təhlükənin əsas mənbəyidir. Bu, soyuq müharibə ətaləti ilə işə salınan praktika və ya vərdişdir. Tərəflər təsadüfi hadisələrlə nəticələn və "xəbərdarlıq siqnalından sonra işə salınma" adı altında gedən taktikanı istifadə edirlər. Bu taktika onlara strateji güclərini rəqibin nüvə silahından zərbə endirməsindən öncə işə salmağa imkan yaradır. Bu yaxınlarda prezident Barak Obama nüvə silahının tətbiq olunmasına dair təlimatında bu cür konespsiyanın saxlanılmasının zəruriliyini vurğuladı.
Ekspert Brüs Bler "Politiko"da yazır: "Tarix göstərir ki, əgər bu krizis təhrik olunsa, vəziyyətin idarə olunması nəzarətdən çıxa bilər. Hərbi qarşıdurmalar desentralizasiya, gözlənilməz və intensiv hal alaraq tez tez baş verir. Nəzarət və təhlükəsizlik tədbirləri zəifləyir və naməlum əməliyyat mühitinin olması fövqəladə hallar və sanksiyalaşdırılmamış tədbirlərin baş verəcəyini təxmin edir. Yanlış hesablamalar, anlaşılmamazlıqlar və nəzarətin itirilməsi qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olur, bu isə hərbi əməliyyatların başlanılması ilə nəticələnə bilər. Qısaca olaraq: təsadüfi hərbi toqquşmalardan krizis vəziyyətinə, eləcə də nüvə silahının eskalasiyasına keçid cəld və gözlənilmədən baş verə bilər".
Nə zamansa bu sürüşkən yolda "təmkin və qorxu" kimi tanınan psixolojı əngəl işə düşəcək və onun sayəsində nüvə silahının tətbiq edilməsindən yayınmaq mümkün olacaq. Lakin qarşıdurma zamanı təmkin və qorxu tərəflərin bir-birlərini qorxudaraq və təhdid edərək çıxış edəcəkləri təhlükəli idman növünə çevrilə bilər. Burada əsas məqsəd rəqibdə vəziyyətin nəzarətdən çıxmaqla yanaşı nüvə müharibəsinə gətirə biləcəyinə dair qorxu hissini sövq etməkdir. Lakin insanlar sadəcə olaraq dərk etmirlər ki, liderlərimizin nüvə silahının istifadəsinə dair qərarı qəbul etmək üçün çox az vaxtarı var. Əgər bilmək istəyirsinizsə, vəziyyət kibermüharibənin baş verəcəyi təhlükəsi ilə daha da gərginləşib .
Öz növbəsində ilkin hesablamalar kompyuter siqnallarının qısa axını ötürür, onlar dərhal yüzlərlə yerüstü raketlərin başlanğıc mühərriklərini işə salırlar. ABŞ buna bir dəqiqə vaxt sərf edir. Keçmişdə nüvə raketlərinin işə salınması üzrə məsul şəxs olduğum üçün, mən bir neçə dəfə bu hadisəni həyata keçirilməsinə cəlb olunmuşam. Bizi "minitmen" adlandırırdılar. Amerikanın sualtı qayıq ekipajı raketi işə salmağa bir qədər çox vaxt sərf edir: o bunu 12 dəqiqəyə edə bilər. Sonuncu dəfə ABŞ dünyanı vahiməyə salmaq üçün 1973-cü ildə Genri Kissincer öz komandası ilə birgə ərəb-israil müharibəsində nüvə silahının istifadəsinə dair hazırlıq səviyyəsini yüksəldərkən nüvə silahından söz açdı. Əsas məqsəd sovet liderlərinə xəbərdarlıq etmək idi: onlar Misir ordusu ilə əhatə olunmuş əraziyə müdaxilə etməməli və ordularını yardım məqsədilə göndərməməlidirlər. Gəriyə addım atmaq məqsədəuyğundur, çünki əks təqdirdə təsadüfən başlanıla bilən nüvə müharibəsinin eskalasiya olunmasına dair risk yaranacaq. Ukrayna uğrunda münaqişə aparılan zaman nüvə təhlükəsinə dair Rusiyanın etdiyi xəbərdarlıqlar soyuq müharibə zamanı yer alan müvazinəti xatırladır. Bu krizisin soyuq müharibə illərindəki gərginliyə çatmasına çox var, lakin bu oyunda risk hələ də var və hər birimiz fəsadlarlarla nəticələnən təhlükəli əməliyyatların həyata keçirilməsinə dair ilk addımların atılmasının şahidi olduq. Hazırda Rusiya və Qərb hərbi təyyarələrinin təhlükəli yaxınlaşmaları tez-tez baş verir. NATO qırıcı təyyarələri Rusiya aviasiyasını ələ keçirmək üçün ötən il ərzində bir neçə dəfə hərəkətə keçmişdi. Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri digər ölkələrin hava sərhədlərinə təxribat xarakterli müdaxilələr edirlər, eyni zamanda yasaqlara dair aqressiv tədbirlər görürlər. Məsələn, Amerikanın kəşfiyyat təyyarəsi Rusiyanın qırıcı təyyarəsi tərəfindən təqib edildiyinə görə İsveç hava məkanında gizlənməyə məcbur qaldı. Müəyyən vaxtda bu əlaqələr nəzarətdən çıxaraq, Tom Şellinqin də dediyi kimi, "təsadüflərlə nəticələnən təhlükəyə" dönürlər. Ukraynadakı krizis zamanı müşahidə etdiyimiz əməliyyatlar, qarşıdurmalar bu cür təsadüflərin sayını daha da artırır. Tərəflər vəziyyəti tam nəzarət altında saxladıqlarını iddia etsələr də, əslində bu belə deyil. Tərəflər rəftarlarının təhdid xarakter aldığına fikir vermirlər, lakin digər tərəf bunu məhz belə qiymətləndirir. Şərqi Avropadan ABŞ-ın NATO üzrə müttəfiqlərini sakitləşdirmək üçün biz bu bölgəyə Amerikanın strateji bombardmançı təyyarələrini göndəririk. Rusiya isə cavab olaraq və ya şəxsi təşəbbüsündən irəli gələrək Amerika sahilləri üzərində uçuşlar həyata keçirən öz strateji bombardmançı təyyarələrini göndərir. Biz Qara dənizə həmçinin "İcis" sistemi ilə birgə Rumınıya kimi müttəfiqi sakitləşdirmək üçün esminesləri göndəririk. Müəyyən olunur ki, bu gəmilər adi hərbi hissələrlə təchiz olunmuş onlarla raketləri aparır. Onların uzaqlılığı 1600 km təşkil edir, bu da onlara Moskvaya qədər uçmağa imkan verir. Mənim hesablamalarıma əsasən bu aşağı profilli və yüksək dəqiqlikli silah vasitəsilə hər hansı bir xəbərdarlıq etmədən istənilən müdafiəsiz hərbi hədəfə zərbə vurmaqla onu məhv etmək olar. Sözügedən raketlər bir anda gözlənilmədən Kremli darmadağın edə bilərlər, eləcə də Rusiya infrastrukturunun obyektləri, mövqeləri, idarəetmə sistemləri, onun nüvə qüvvələrinin əlaqələri və erkən xəbərdarlıqlarına zərbə endirə bilərlər. Bundan başqa, ruslar bu raketlərin nüvə içliyinin olmadığından tam əmin ola bilməzlər. Bu silah dağıdıcı zərbələr endirməyə qadir oluduğu üçün Rusiya gərginliyin eskalasiya edilməsini üstün tutur. Onun qırıcı təyyarələri esmineslərə qarşı əməliyyat aparırlar, bu yaxınlarda isə Moskva Qara dənizə hücuma keçən sualtı qayıqlarını göndərdi. Cavab olaraq, hərbi-dəniz qüvvələrinə komandanlıq edən NATO Moskvanı təhdid edən esmineslərə təhlükə yaradan rus sualtı qayıqlarına müqavimət göstərmək üçün Amerikanın sualtı qayıqlara qarşı təyyarələrini bu bölgəyə göndərməyi təklif etdi. Amerikalı rəhbərlər rusların bu yeni təhlükədən qorxa biləcəklərini ehtimal edirlərmi? Mən buna şübhə ilə yanaşıram. Bir anda tərəflərdən biri geriyə addım ata da bilər, atmaya da bilər. Gərginlik nüvə silahının tətbiq edilməsinə gətirib çıxaranadək arta bilər. Rusiyaya gəldikdə isə bu ehtimal aşağıdır. Rusiyanın Avropadakı strategiyasını şəxsən Vladimir Putin tərtib edib, o bunu 2000-ci ildə NATO-un Balkanları bombalamasına cavab olaraq etdi. Bu strategiya nüvə silahını istifadə etməklə düşməni tamamilə məhv etməyi nəzərdə tutur. Bəli, o buna qadirdir. Hətta nüvə zərbələrinin qarşılıqlı endirilməsinə qədər gətirib çıxara bilər. Zərbə endirən raketin hədəfə çatmasına 11 dəqiqədən 30 dəqiqəyə qədər vaxt sərf etməsini nəzərə alsaq, xəbərdarlıq siqnalı ilə raketin işə salınmasına dair qərarı qəbul etmək üçün vaxt çox azdır. Bu qərarlar böyük emosional yüklə bağlıdır və formal yoxlanılmalarla müşahidə olunurlar. Mən bunları öncədən tərtib olunmuş ssenariyə əsasən həyata keçirilən gündəlik tədbrilər adlandırıram. Bəzi ssenarilərdə öncədən xəbərdarlığın edilməsinə dair məlumatların təhlilinə 3 dəqiqə sərf olunur və prezidentin nüvə cavabı və onun fəsadlarına dair məruzəsinə 30 saniyə vaxt verilir. Bundan sonra ona bunlardan birini seçməsi üçün bir neçə dəqiqə verilir. Sonra raketlərin işə salınmasına barəsində əmr verilir.
Amerika strateji qüvvələrinə komandanlıq edən Corc Li Batler bunu belə izah edir: "Öz əməliyyatlarımızdan zərbələrin ilk dalğasına tab gətirəcəyimiz fikrinə əsaslanırıq. Lakin istismar səviyyəsində bu heç vaxt təsdiqlənməyib. Onlar (nüvə planlaşdırılmasının orqanları) prezidentə ciddi təsir göstərən və nüvə silahını işə salınmasına təhrik edən konstruktu inşa etdilər. Praktikada bu, nüvə silahının tətbiqinə dair qərarı qəbul etmək üçün prezidentin təhrik olunmasının qaçılmaz olduğunu göstərir.
Nüvə silahının istifadəsindən yayındıra biləcək yeddi tədbir mövcuddur. Onlar bu yaxınlarda nüvə risklərinin azaldılmasına dair komissiyanın hesabatına əsaslanırlar. Bu Komissiyaya Birləşmiş Qərargah Rəislərinin keçmiş müavini, general Ceyms Kartrayt və səfir Tomas Pikerinq rəhbərlik edir. Bu komissiyanın tərkibinə keçmiş generallar, admirallar, müdafiə nazirləri və Şimali Koreya istisna olmaqla bütün nüvə dövlətlərinin milli təhlükəsizlik üzrə ekspertləri daxildir. ABŞ və Rusiya öz strategiyalarından xəbərdarlıq siqnalına əsasən silahın işə salınma konsepsiyasını istisna edə bilərlər. Birincisi, onlar dərhal uzaq radiolokasiya sisteminin cihazları əsasında strateji raketlərin işə salınmasına dair təlimləri dayandırmalıdırlar. İkincisi, onlar öz strateji nüvə qüvvələrini yüksək hərbi hazırlıq vəziyyətindən çıxara bilmək barəsində razılığa gələ bilərlər. Yüksək hazırlıq vəziyyətində olan raketlərin 20%-dək azalması nəticəsində ABŞ və Rusiya növbəti 10 il ərzində bütün nüvə qüvvələri üçün hərbi hazırlıq vəziyyətini təxirə salacaq. Üçüncüsü, nüvə silahına sahib bütün ölkələr öz qüvvələrini yüksək hazırlıq vəziyyətini yalnız sərt idarə oluna bilən şərtlər zamanı saxlamaqlarına dair razılaşa bilərlər. Bu cür razılaşma nüvə qüvvələrinə milli təhlükəsizliklə bağlı hərbi hazırlıq, təlimlər və fövqəlada hallar çərçivəsində bir səviyyədən digər səviyyəyə keçirilməsinin müddətini və miqyasını müəyyən mənada məhdudlaşdırmaqla yanaşı belə əməliyyatların başlanılması barəsində xəbərdarlıq edə bilər. Dördüncüsü, ABŞ və Rusiya digər nüvə agentlikləri ilə təhlükəsizliyin təmin edilməsi və nüvə silahı və materiallarının qorunub saxlanılmasına dair təcrübə, məlumat və texnologiya mübadiləsi apara bilərlər. Beşincisi, ABŞ və Rusiya Çini bu məsələyə cəlb edərək kibermüharibənin baş verməsinin qarşısını ala bilərlər. İdarəetmə mərkəzləri, rabitə və nüvə qüvvələrinin erkən aşkarlanma sistemləri heç bir halda kiberhücumlara məruz qalmamalıdırlar. Altıncısı, hərbi danışıqların aparılması zamanı razılaşdırılan etimad tədbirləri dünyada ölkələri nüvə silahının tətbiqinə məcbur edə bilən geosiyasi gərginliyin risklərini aşağı salmağa müvəffəq ola bilər.