Səhra Mirvarisi bərpa olunur Dünya

Səhra Mirvarisi bərpa olunur

Amma İŞİD-in gözü qədim Palmirada qalıb

Cavid

Rusiyanın havadan dəstəyi ilə Suriya hökümət qüvvələri keçən həftə qədim Palmira şəhərini İslam Dövləti qrupundan geri alıb. UNESCO-nun Dünya İrsı siyahısında olan bu şəhər ötən ilin may ayından bəri İŞİD-in nəzarəti altında idi. Amerikanın Səsinin əməkdaşı Rozanna Skirbl şəhərin gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğunu və yenidən bərpa oluna biləcəyini deyir. Suriyalılar Palmiranı Səhra Mirvarisi adlandırır. Burada birinci və ikinci əsrdə sivilizasiyaların kəsişməsində yerləşən böyük bir şəhərin qədim abidələrinin qalıqları mövcuddur. Son on ay ərazidə İŞİD üzvləri buradakı qəbirləri talan edib, əntiq əşyaları qarət edib, ziyarətgah və ibadətgahları partladıb. BMT bu əməlləri müharibə cinayətləri adlandırırb.
Böyük dağıntılara baxmayaraq, uzaqdan çəkilmiş şəkillərdə hələ də çox abidənin bütöv olaraq qaldığı görünür. Suriyanın Əntiq və Muzey Direktoratına başçılıq edən Mamun Əbdülkərimin dediyinə görə, şəhər yenidən Suriyanın nəzarəti altında olduğu üçün mütəxəssislərdən ibarət komanda şəhəri bərpa etməyə hazırlaşır. "Bizim böyük imkanlarımız və təcrübəmiz var. Biz bundan əvvəl Palmirada onlarla bərpa işləri həyata keçirmişik. Yəni bunu etmək üçün təcrübəmiz var."
BMT-nin mədəniyyət qurumu olan UNESCO atılacaq növbəti addımları müəyyən etmək üçün bu həftə görüş keçirərək. Əbdülkərim isə Suriya hökümətinin Palmiranın yenidən yaraqlıların əlinə keçməsinin qarşısını almaq üçün ciddi ehiyat tədbirləri görüləcəyini gözləyir. "Biz şəhərin azad olunması uğrunda döyüşdən sonra ən pis mənzərəni gözləyirdik, amma məncə kabus artıq bitdi. Palmiranın panoramik görüntüsü pis deyil."
Əntiqlər idarəsinin rəhbəri dağıdılmış abidələrin bərpa ediləcəyinə söz verir. O, beynəlxalq ictimiayyəti bu mədəniyyət döyüşündə Suriyanı dəstəkləməyə çağırır. Dövlət Ermitajı muzeyinin direktoru Mixail Piotrovski isə bəyan edib ki, bu istiqamətdə dünya birliyi tərəfindən hələ şəhər azad olunmamışdan müəyyən tədbirlər görülmüşdü.

"Hər şey başlananda, "İslam Dövləti" Palmiranı ələ keçirəndə, partlayışlar başlandı, onlar Suriya və İraqın başqa yerlərində partlayışlar edəndə, biz fikirləşməyə başladıq ki, nə etmək olar", - Piotrovski söyləyib.
"Bütün dünya muzeyçiləri Palmira haqqında materiallar toplama kampaniyasını başlamışdılar ki, onun azad edilməsi və əvvəlki şəklinə salınması, yenidən qurulması, bərpa edilməsi üzrə beynəlxalq kampaniyanın başlanmasına hazır olsunlar", - Ermitajın direktoru qeyd edib.
Hazırda, Piotrovskinin sözlərinə görə, başlıcası abidələrin minalardan təmizlənməsidir və oraya artıq mütəxəssislər buraxılıb. Bundan sonra üzərində hansı obyektlərin sağ qaldığı və hansı qırıntıların harada yerləşdiyi qeyd olunan xəritələr yaratmağa başlamaq olar. "Çünki partlatmağına – partladırlar, lakin nəyisə yerdən qaldırıb köhnə yerinə qoymaq olar, nəyisə mümkün deyil. Məhz bunlar nəzərdən keçirilib qiymətləndiriləcək. Və bu, böyük və incədən-incəyə bir işin ilk mərhələsi olacaq", - Piotrovski deyib.
O hesab edir ki, yenidən doğulmuş Palmira tək qədim mədəniyyət abidəsi deyil, həm də son il boyu onun üzərində törədilən dəhşətli hadisələrin xatirəsini qoruyub saxlamalıdır. "Biz o böyük qəhrəmanın, təəssübkeşlərin aparıb satası abidələri vermədiyinə görə edam edilmiş keçmiş muzey direktorunun adını unuda bilmərik. Palmira uğrunda həlak olan insanları, onun azad edilməsi üçün canlından keçən Rusiya hərbçilərini unuda bilmərik – bunun hamısı bir yerdə olmalıdır", - deyə Ermitajın direktoru vurğulayıb.