Sərkisyanı qorxudan bu sonluqdur... Dünya

Sərkisyanı qorxudan bu sonluqdur...

Ermənistan yenə böyük danışıqlardan öncə və Rusiyanın təşəbbüsü ələ aldığı bir ərəfədə müxtəlif hesablanmış gedişlər edir. Bunlardan biri hazırda Ermənistanda milli barışıq hökumətinin qurulmasına hazırlıqla bağlı xəbərlərdir. Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert Ermənistanda milli barışıq hökumətinin gündəmə gətirilməsini növbəti siyasi şou adlandırıb: "Oyun Sərkisyan və onun komandasının hakimiyyətdə qalmasına hesablanıb. Son zamanlar Sərkisyan Dağlıq Qarabağa səfər etməklə sanki öz günahlarını yumaq üçün və verdiyi müstəqillik sözünü yerinə yetirə bilmədiyindən müxtəlif addımlar atır. Əgər bu gün Qarabağ klanı hər hansı bir istiqamətdə addım atarsa da, Dağlıq Qarabağda vaxtilə səhra komandirləri olmuş şəxslər kimi qanun qarşısında cavab verməli olacaqlar. Buna görə də Sərkisyan növbəti seçkilərə qədər nəyin bahasına olursa-olsun, postunun müddətini uzatmağa can atır".
Politoloq hesab edir ki, Sərkisyanın prezidentlik müddətinin milli konsensus hökuməti fonunda uzadılması planlaşdırılır: "Ancaq düşünmürəm ki, Rusiya və Fransasız hər hansı addım atsınlar. Sərkisyanın növbəti seçkilərə qədər hakimiyyətini uzatmaq planı isə birbaşa Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə yönəlib. Bəlkə də Sərkisyan problemin həllini istəyir, ancaq sonluğun nə ilə nəticələnəcəyini bildiyindən bu addımı atmır".
Qeyd edək ki, Ermənistanda bir müddət öncə gündəmə gələn və Serj Sərkisyan tərəfindən təklif edilən milli barışıq hökumətinin qurulması məsələsi yenidən aktuallaşıb.