Trampın ölümcül PKK/PYD planı Dünya

Trampın ölümcül PKK/PYD planı

ABŞ-ın sabiq Suriya səfiri Ərdoğanın haqlı olduğunu yazdı

ABŞ-ın sabiq Dəməşq səfiri Robert Ford "Atlantic" jurnalında Donald Tramp administrasiyasının İŞİD -ə qarşı PYD/PKK ilə əməkdaşlıq etməsinin səhv addım olduğunu, Vaşinqtonun PYD/PKK əməkdaşlığının nəticələrini hesablamadığını yazıb.
"Trampın İŞİD planındakı ölümcül səhv" məqaləsində Ford Ərdoğan-Tramp görüşünün əsas mövzusunun PYD/PKK-nın silahlı qolu YPG-yə göstərilən silahlı yardımın olacağını qeyd edib.
Ford yazır ki, Türkiyənin etirazlarına baxmayaraq, ABŞ-ın PYD/PKK-ya verdiyi silah və dəstək gələcəkdə regiondakı vəziyyəti daha da mürəkkəbləşdirəcək.
PKK-nın regionda özünü fərqli forma və adlarla təqdim etdiyini deyən Ford prezident Ərdoğanın bütün bu qrupları eyni tərəziyə qoyması məsələsində haqlı olduğunu bildirib.
Ford PKK lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan 2013-də verdiyi bir reportajda PYD-nin 2003-cü ildə PKK-nın qərargahı olan Qəndildə qurulduğunu dediyini xatırladıb. O, PYD-nin 2004-cü ildə ABŞ-ın "Xarici terror təşkilatları" siyahısına saldığı Konqra Gel tərəfindən 2005-də Kürd Cəmiyyətləri Birliyi (KCK) təşkilatına üzv edildiyini bildirib.
KCK-nın idarə şurasının həmsədri isə ABŞ-ın xüsusi xarici terrorçular siyahısına saldığı Cemil Bayık olduğunu xatırladan Ford YPG sıralarında döyüşən silahlıların bir hissəsinin uzun illər boyu PKK sıralarında yer aldığını bildirib.
Ford yazısına bu cür davam edib:
"Tramp hakimiyyəti 8 marta kimi PYD/YPG-nin PKK-dan fərqli təşkilat olduğunu dedi. Fəqət bunun həqiqətə əsaslanan fundamenti yoxdur. Ərdoğanın da bildiyi və qorxduğu nöqtə isə PYD/YPG-nin şimal-şərqi Suriyada qurduğu muxtar vilayətin PKK-nın Türkiyəyə qarşı təşkil edəcəyi terror aktları üçün strateji platsdarm təşkil etməsidir.
2016-cı ildə İstanbul, Ankara və Bursada həyata keçirilən terror aktlarının PKK və PYD ilə əlaqəli olması və YPG-nin şimali-şərqi Suriyada yerləşən hərbi düşərgələrdə təlim keçmiş kürd silahlıları tərəfindən törədilməsinə dair Türkiyə mətbuatında xəbərlər gedib".
Xarici terror təşkilatları siyahısında yer alan təşkilatlarla əməkdaşlıq etməmək siyasətinə baxmayaraq, ABŞ hakimiyyəti İŞİD terroruna qarşı PKK terror təşkilatının Suriya qolundan istifadə edir. Ford yazır ki, Amerikanın PYD/YPG heyranlığı İŞİD Rəqqadan çıxarıldıqdan xeyli müddət sonra onu dəhşətə salacaq bəzi reallıqları görməməsinə yol açır.
PYD/PKK-nın dünyəvi görüntü verdiyini, ancaq demokratik olmadığını qeyd edən sabiq səfir PYD/PKK-nın siyasi platformasını region əhalisinə zorla qəbul etdirdiyini və təşkilatın agenturasının onlara qoşulmaq istəməyən bir çox kürd fəalı həbs etdiyini yazıb.
PYD/PKK-nın onurğa sütununu formalaşdıran Suriya Demokratik Qüvvələrini (SDQ) ABŞ-ın İŞİD-lə mübarizədə PYD/PKK-ya verdiyi dəstəyin üstün örtmək üçün istifadə etdiyi əncir yarpağına bənzədən Ford Rəqqanın Dəməşq, Homs və Hələb kimi mühafizəkar bir ərəb şəhəri olmasına baxmayaraq, Tel Abyadlı PYD üzvü Leyla Məhəmmədin SDQ tərəfindən Rəqqa idarə şurasına həmsədr təyin edildiyini qeyd edib.
Ford Leyla Məhəmmədin qadın hüquqları fəalı olduğunu və vəzifəyə təyinatına SDQ daxilində bir çox qrupun etiraz etdiyini bildirib.
"Vaşinqton əks reaksiyaya yol vermədən mühafizəkar Yaxın Şərq toplumlarına öz sosial və siyasi normalarını qəbul etdirə bilməyəcəyini İraq müharibəsindən öyrənməli idi.
İŞİD-in hələ də Rəqqaya nəzarət etdiyini xatırladan Ford Rəqqanın alınmasından sonra İŞİD-in şəhərdə terror taktikasına qayıdacağı zaman şəhərin kim tərəfindən idarə olunması və bunun hesabının kimi tərəfindən ödəniləcəyinə Vaşinqtonun qərar verməli olduğunu bildirib.
ABŞ hal-hazırda təşkil etdiyi hava hücumları ilə, Mənbic ətrafında patrul çəkən hərbçiləri, təlimçiləri, artilleriya birliyi ilə bərabər Suriyada ciddi hərbi gücə malikdir. Yaxın vaxtlarda ABŞ-ın daha min nəfər əsgər göndərəcəyini bildirən Ford Trampın bu addımlarının nəticələrinin yüksək olma ehtimalını qeyd edib.
Məqalənin sonunda Ford PYD/PKK ilə ABŞ-ın illər əvvəl Məsud Bərzaninin atası Miustafa Bərzaninin Amerikaya etibar etməsi məsələsində səhv etdiyini iddia edib.
"Ən təəssüfedici məqam budur ki, Suriya kürdləri də onlardan əvvəlki bir çox Yaxın Şərq xalqı kimi ABŞ-ın onları qoruyacağını düşünür. ABŞ 1970-ci illərdə İraqın BƏƏS rejiminə qarşı dəstəklədiyi kürdləri, daha sonra ABŞ yönlü İran şahının Bağdadla imzaladığı müqavilə ilə satmışdı. Kürdlər Mustafa Bərzaninin acı təcrübəsini unudublar. Henri Kissincer ABŞ-ın Bərzaniyə verdiyi silah yardımını dayandırdı, İraq hökuməti İraq Kürdüstanını əzib keçdi. Məsud Bərzaninin atası Mustafa Bərzani ölkədən qaçdı və ABŞ-da sürgündə öldü. Xüsusilə Tramp və Obama kimi prezidentlərlə suriyalı kürdlər ABŞ-dan daha yaxşısını gözləməlidirlər".