Almaniya «İncirlik» aviabazasına alternativ axtarır! Dünya

Almaniya «İncirlik» aviabazasına alternativ axtarır!

Almaniya hökuməti Türkiyənin "İncirlik" aviabazasına alternativ axtarışına baş vurub. Belə ki, hərbçilərinin sözügedən bazaya buraxılmaması səbəbilə, Almaniya hökuməti Türkiyədən bir növ "incik düşüb". Bu səbəbdən dolayı, Almaniya hökuməti türk bazasına əvəz ola biləcək müxtəlif variantları götür-qoy edir. Kansler Merkel bəyan edib ki, hökumət öz hərbçilərini türk bazasından çıxarmaq məsəsini müzakirə edir. Buna səbəb kimi Türkiyə tərəfinin, sözügedən bazada xidmət keçən Almaniya hərbçilərinin xidmət şəraiti ilə tanış olmaq üçün bundestaq nümayədələrini bazaya buraxmaması məsələsi önə çəkilir.
"Biz, Türkiyə tərəfi ilə danışıqları davam etdiririk, amma bununla yanaşı hərbçilərimizin yerləşdirilməsi üçün alternativ planları da öyrənirik. Variantlardan biri kimi, biz, İordaniyanın namizədliyini öyrənirik" – deyə, kansler Angela Merkel bildirib. İordaniyadan əlavə, Almaniya Müdafiə Nazirliyinin fikrincə, ən yaxşı şəraitə malik altenativ məkan olaraq, Kipr və Küveyt də nəzərdən keçirilir.
Göründüyü kimi, Avropa ölkələri arasında son dövrlər Türkiyəyə qarşı qeyri-dost, bəzi hallarda isə qatı düşmən mövqeyindən çıxış edən də Almaniyadır. Yaxın Şərqə hamıdan artıq can atan və hərbi kontingentini necə olursa-olsun, bu bölgəyə "pərçim" etməyə çalışan da Almaniyadır. Digər tərəfdən, Avropa İttifaqını qoruyub saxlamaq istiqamətində dəridən-qabıqdan çıxan da, özünü Avropa İttifaqının "lakomativi" adlandıran da Almaniyadır. Üstəlik, hərbi hissələrində nasist Almaniyası rəmzlərini gizli şəkildə "dövriyyəyə buraxan" da Almaniya…
Bütün bunlar açıq-aşkar göstərir ki, çağdaş Almaniya Federativ Respublikası adlı dövlətin "dərin qatları"nda yeni və daha idbar bir faşizm yetişməkdədir! Odur ki, Almaniyadan "Yaxın Şərqdə sənin hərbçilərinin nə işi var axı?!" – deyə, sual etməyin vaxtı artıq çoxdan çatıb…