Gürcüstan parlamentli respublika olur Dünya

Gürcüstan parlamentli respublika olur

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yeni Gürcüstan konstitusiyasını təsdiq edib.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib.
"Təəssüf ki, parlament birpartiyalı kontitusiyanı qəbul etdi. Mənə bu kontitusiyanı təsdiq etmək çox çətindir. Lakin daxili və xarici çağırışları nəzərə alaraq, ölkədə mümkün olan destabilizasiyadan qaçmaq üçün mən Ali Baş Komandan və konstitusiyanın zəmanətçisi kimi bunu imzalamaq məcburiyyətindəyəm", - o bildirib.
Qeyd edək ki, Gürcüstan parlamenti sentyabrda yeni konstitusiyanı qəbul edib. Yeni konstitusiyaya əsasən, ölkə parlamentli idarəetmə sisteminə keçir və prezidentin səlahiyyətləri böyük ölçüdə məhdudlaşdırılır.
Yeni konstitusiyanın qəbuluna qarşı bütün müxalif qüvvələr, o cümlədən, prezident Marqvelaşvili çıxış edirdi. Müxalifət və prezidentin ən çox etiraz etdiyi məqam seçkilərin 4 illik gecikməklə proporsional sistemdə keçirilməsi və prezidentin xalqın səsi ilə yox, deputatların səsverməsi ilə seçilməsi idi.