Kiyev Saakaşvilinin ölkə ərazisində olmasının qanuniliyini təsdiqləyib? Dünya

Kiyev Saakaşvilinin ölkə ərazisində olmasının qanuniliyini təsdiqləyib?

Mixail Saakaşvili deyib ki, o Ukrayna hakimiyyətindən bu ölkədə sakin olmasının qanuniliyini təsdiq edən bildiriş alıb.
Yeni Qüvvələr Hərəkatı partiyasının lideri Saakaşvili bu münasibətlə noyabrın 7-də özünün Facebook səhifəsində yazıb: "Bu gün mən nəhayət Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal şəkildə olmağımı təsdiq edən sənəd almışam. Əlbəttə, bu məni qane etmir, amma mən vətəndaşlığımın bərpası uğrunda məhkəmə vasitəsilə mübarizə aparıram".
2015-ci ildə prezident Petro Poroşenko Saakaşvilini Ukraynanın Odessa vilayətinə qubernator təyin edəndə, keçmiş Gürcüstan prezidenti öz gürcü vətəndaşlığından imtina etmişdi.
Lakin Saakaşvili 2016-cı ilin noyabrında Poroşenkonun müttəfiqlərini onun islahatlarına mane olmaqda ittiham edərək istefa vermişdi.
2007-ci ilin iyulunda Petro Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmişdi. Sərəncamda deyilirdi ki, Saakaşvili vətəndaşlıq müraciəti edərkən hakimiyyət orqanlarından informasiya gizlədib.
Saakaşvili Ukrayna pasportunun etibarsız sayılmasına baxmayaraq, sentyabr ayında ölkə ərazisinə daxil ola bilib.