Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub​​​​​​​ Gündəm

Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub​​​​​​​

İyulun 2-nə keçən gecə Rusiyanın İsveçdəki səfirliyi pilotsuz uçuş aparatlarından istifadə edilməklə növbəti hücuma məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Hadisə təxminən saat 02:00-da baş verib. "Bir kvadrokopter diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya olan konteyner atıb. Üzərinə əldəqayırma partlayıcı qurğunun imitasiyası bərkidilmiş ikinci dron isə (görünür, təsadüfən deyil) Rusiya səfirliyinin binasının bilavasitə yaxınlığında ərazimizə düşüb", — deyə məlumatda bildirilir.

XİN bu hadisəni Rusiya qurumunun əməkdaşlarını qorxutmaq cəhdi adlandırıb və vurğulayıb ki, bu növ hücumların davam etməsinə və onların mümkün nəticələrinə görə məsuliyyət 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq İsveç tərəfinin üzərinə düşür. Sənədə əsasən, diplomatik münasibətlərin kəsilməsi və silahlı münaqişə diplomatik nümayəndəliklərin toxunulmazlığına təsir göstərmir.

Məryəm Quliyeva