Putin Rusiyanı müharibəyə hazırlayir? Dünya

Putin Rusiyanı müharibəyə hazırlayir?

"The Independent" yazır ki, Vladimir Putin ölkənin biznes başçılarını istehsalı istənilən anda hərbi məhsullara çevirməyə hazır olmağa çağırıb.
O, bu bəyanatı ötən çərşənbə günü ölkə hərbiyyəsinin Soçi şəhərində keçirilən konfransında verib.
"İqtisadiyyatımızın istənilən bir vaxtda hərbi məhsulu və xidmətləri artırmağa hazır olması hərbi təhlükəsizliyin ən mühüm aspektlərindən biridir, - Putin deyib, - Bu mənada bütün strateji və sadəcə, sahibkarlığın istənilən formasındakı böyük müəssisələr hazır olmalıdırlar".
Bundan bir gün əvvəl Rusiya prezidenti hərbi texnologiyalar sahəsində Qərbi ötüb keçməyin vacibliyindən söz açmışdı.
"Ordumuz və donanmamız ən yaxşı hərbi avadanlığa malik olmalıdır - xarici avadanlıqlan daha keyfiyyətli avadanlığa, - Putin demişdi, - Əgər qalib gəlmək istəyiriksə, daha yaxşı olmalıyıq".
Məqalədə deyilir ki, Rusiya üçün çətin başa gəlmiş 2008-ci il Gürcüstan müharibəsindən bəri Rusiya hərbiyyəsi ekstensiv modernləşməyə məruz qalıb.
Köhnəlmiş sovet avadanlığından imtina edilib. Hazırda yeni hərbi avadanlığın sınaqlarlı dövrü yaşanır. Komanda strukturları yeniləşdirilib. Hərbi büdcə əhəmiyyətli dərəcədə artırılıb.
Bu il hərbi xərclər üçün 3 trilyon rubl (51 milyard dollar) xərclənməsi nəzərdə tutulub. Bu 2016-cı ilin büdcəsi nəzərə alınmazsa rekord göstəricidir.
Bu rekord göstərici NATO-nun Avropa üçün büdcəsinin yalnız 30 faizi qədər olsa da, bir çox ölkələr "Rusiya təhlükəsinə" reaksiya olaraq öz hərbi büdcələrini artırır.
Rusiyadan gələn kiber və hərbi təhlükələrə reaksiya olaraq NATO-nun da hərbi komanda strukturu yenidən qurulub.
Britaniyanın baş naziri Teresa May demişdi ki, Birləşmiş Krallıq "Rusiya düşmənçiliyinə" cavab tədbirləri görəcək.
O, Rusiyaya müraciətlə "biz sizin nə etdiyinizi bilirik" demişdi.
Rusiya dövlət telekanalının Vesti Nedeli proqramında Dmitri Kiselyov Britaniya baş nazirinin bu bəyanatına kifayət qədər qaba şərh vermişdi.
"O özünün ən aqrerssiv antirus çıxışını edib. Bununla o, yalnız yorğun vücudunun ağlığını ört-basdır edib" -Kiselyov deyib.
Kiselyov ona da diqqət yetirib ki, Britaniya baş naziri şərab qədəhini kübar qadınlar kimi ayağından yox, stəkan kimi gövdəsindən yapışaraq tutub.