Əmmanda İsrail və İran arasında gizli danışıqlar Dünya

Əmmanda İsrail və İran arasında gizli danışıqlar

Tehran və Təl-Əviv bir-birinə qarşı hansı öhdəlikləri götürüb? "Elaf" məlumat mənbələrdən öyrənib ki, İordaniyanın vasitəçiliyi ilə Əmmanda İsrail və iranlılar arasında gizli danışıqlarda Tehran Suriyanın cənub-qərbindəki gələcək döyüşlərdə iştirak etməmək öhdəliyi götürüb. "Strateq" "Elaph" a (Səudiyyə Ərəbistanı) istinadən yazır ki, ötən həftə bir İordaniya brokeri iki hərbi güc arasında vasitəçilik edərək, iranlılardan israillilərə və əksinə ismarışlar çatdırıb.
"Elaf" məlumatlı mənbələri tərəflər arasında mübadilədə Cənub-Şərqi Suriyada, o cümlədən Dəraa və Əl-Quneytra bölgələrində müxalifətə qarşı yaxın günlərdə həyata keçiriləcək döyüşlərdə İran və ona bağlı milislərin, habelə "Hizbullah"ın iştirak etməyəcəyi razılaşdırılıb. Gözlənilən döyüşlərdə Suriya ordusu silahlı qruplar əleyhinə vəzifəsini təklikdə yerinə yetirəcək və İordaniyalı qüvvələr öz ərazilərini qoruyaraq, digər tərəfdən yad qüvvələrin öz hüdudlarına keçməsinin qarşısını alacaqlar.
Mənbələr iddia edir ki, İran və onun milisləri döyüşlərdə müdaxilə etməyi halda, Colan Təpələrindəki təmas xətti, habelə İsrail-İordaniya sərhədi yaxınlığında döyüşlərdə İsrail tərəf tutmayacaq. Müzakirələrin məzmunu ilə tanış olan bir qaynaq hər iki tərəfin İordaniya vasitəçiliyi ilə məsələni müzakirə etdikdə, İsrail tərəfinin razılaşmanın əldə edildiyi sürət və verilən öhdəliklərdən təəccübləndiyini bildirib.
Əmmandakı İran səfiri Müctəba Firdovsini bir sıra İran təhlükəsizlik zabitləri və hərbi müşavirlərin müşayiəti edib; İsrail tərəfində "Mossad" rəhbərinin müavini və eyni sayda hərbçilər danışıqlar aparmaq mandatı alıb. İsrail və İran Suriya cənubundakı vəziyyətlə bağlı İordaniyanın vasitəçiliyi ilə son günlərdə bir neçə məktubla fikir mübadiləsi aparıb. Təl-Əviv bildirib ki, bölgəyə öz qüvvələrini və "Hizbullah" elementlərini daxil etdiyi halda, İsraillə regionda böyük və əhatəli qarşıdurma baş verəcək. İordaniya da eyni ruhda olan xəbərləri Suriya və Rusiya rejimlərinə çatdırıb. Mənbə əlavə edib ki, qəribə və qeyri-real görünsə də, Suriyadakı obyektlərinə ardıcıl İsrail hücumları nəticəsində İran itkilərinin böyüklüyünü dərk etməyə başlayıb.
Qeyd etmək lazımdır ki, İordaniya ilə İsrail arasında birgə müdafiə müqaviləsi mövcuddur ki, buna əsasən, İsraili hər hansı bir təhlükə halında İordaniyanı müdafiə etməlidir. Mənbə qeyd edib ki, Rusiya tərəfi də Əmmandakı danışıqlar barədə məlumatlandırılıb, Dəraa və Əl-Quneytra bölgələrində qarşıdakı döyüşlərdə İran və "Hizbullah"ın iştirak etməyəcəyi barədə israillilər və iordaniyalılara zəmanət verib.