İŞİD xilafət yaradıldığını elan edib Dünya

İŞİD xilafət yaradıldığını elan edib

Terror təşkilatı Səudiyyə Ərəbistanını ələ keçirdikdən sonra Kəbəni dağıdacağını bəyanlayıb

İŞİD terrorçu qruplaşması Suriya və İraqda işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib.
APA-nın "Əl-Cəzira"ya istinadən verdiyi məlumata görə, bazar günü yayılan audioyazıda bildirilir ki, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi bütün müsəlmanların lideri və xəlifədir.
"Lideri dinləyin və ona itaət edin. Günü-gündən güclənən dövlətinizi dəstəkləyin", - deyə qruplaşmanın sözçüsü Əbu Məhəmməd əl-Adnani bildirib.
Xilafətin "İslam Dövləti" adlandırıldığı və İraqın Diyalə vilayətindən Suriyanın Hələb şəhərinədək olan ərazini əhatə etdiyi bildirilir.
İŞİD qruplaşmasının təmsilçiləri Səudiyyə Ərəbistanını ələ keçirdikdən sonra Kəbə evinin dağıdılacağını bəyan edib.
Terrorçu qrup Səudiyyə Ərəbistanının Arur şəhərini nəzarət altına almağı və buradan əməliyyatlara başlamaq niyyətindədir.
İŞİD üzvü Əbu Turab Əl-Müqəddəsi Məkkədə yerləşən Kəbə evinin dağıdılacağını deyib: "Allahın izni ilə şeyximiz Əl-Bağdadi rəhbərliyi ilə Məkkədə daşlara ibadət edənləri öldürəcəyik və Kəbəni dağıdacağıq. İnsanlar daşlara toxunmaq üçün Məkkəyə gedirlər, Allah üçün deyil".