“Rusiya heç vaxt Krımı Ukrayna qaytramayacaq” Dünya

“Rusiya heç vaxt Krımı Ukrayna qaytramayacaq”

"Ukrayna və Rusiya arasında əlaqələr geri dönüşü olmayan bir yola qədəm qoyur. Ukrayna Avtokefal kilsəsinin Rusiyadan ayrılması, iki ölkə arasında dini qarşıdurmaya yol açacaq. Rusiya prezidenti Putin ilin son mətbut konfransında bunu açıq tezislə qeyd etdi".
Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Ukraynada hansı şəxsin hakimiyyətdə olmasına baxmayaraq Rusiya ilə əlaqələrdə ilkin şərt olmadan normal münasibətlər qurulması qırmızı xətti keçmək olacaq. İlkin şərt ilk növbədə Krımdan Rusiyanın öz işğalçı ordusunu çəkməkdir. Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi, Donbas və Luqanskda separtizmi alovlandırması iki ölkə arasında dərin uçurum yaratdı. Belə bir fonda Ukrayna siyasi-ictima dairələrində Rusiya ilə əlaqələrin yüksəldilməsi istiqamətdə çalışmalar təbii ki, dövlətə arşı satqınlıq olar: "Rusiya heç vaxt Krımı Ukrayna qaytramayacaq. Gələcək perspektivdə Donbas və Luqanskla bağlı müəyyən kompromislər olsa da, Krımın işğalı və dini ayrılıq məsləsi Ukrayna və Rusiyanı ayrı-ayrı qütblərə böldü."
Politoloqun fikrincə, artıq İstanbulda dünya provoslav xristianlarının dini rəhbəri Patriarx Varfolomey, rəsmi olaraq Ukrayna kilsəsini Rusiyadan azad edib. Kilsənin Rusiyadan sərbəst buraxılması haqda sərəncamı Ukraynın müstəqillik yolunda tarixi hadisə olsada, bu, Rusiya ilə Qərb arasında siyasi-hərbi durmanın təzhürüdür.
İstanbulda Imzalanma mərasimində Ukrayna Mitropoliti Yepifaniy, Ukrayna prezidenti Petro Poroşenko və ailə üzvləri də iştirak edib. Mərasimdə Ukrayna kilsəsini müstəqillik statusu verən "Tomos" adı verilən qərarnamə Yepifaniyə təqdim edilib.
Təbii ki, Kerç böhranı və Kilsənin Rusiyadan ayrılması qərarı prezident P. Poroşenkonun seçki qabağı reytinqini yüksəldəcək. Həmçinin qələbə şansını artıra bilər.
Ukraynanın şərqindəki münaqişəyə gəldikdə isə, dini müstəvinin buraya da sirayət etməsi qarşıdurmanın yeni ideolji mərhələyə gətirəcək. Donbasda müharibənin artıq separtçılar kilsə uğurunda da mübarizə aparacaqlar.
Kilsənin ayrılması ilə, Rusiya Azov dənizini Ukraynanın üzünə tam bağlayacaq: "Baş verən böhranlı proseslərə rəğmən Ukrayna kilsəsinin Rusiyadan ayrılması Qərbin uğurlu planıdır. Bu qərar Ukraynanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsinə gətirəcək.
GUAM şərçivəsində Azərbaycan Ukrayna ilə əməkdaşlıq edir. Məhz bu ölkədə işğal və separatizmlə üzləşdiyinə görə Azərbaycanla eyni taleyi bölüşür. Rəsmi Bakı Ukraynaın ərazi bütövlüyünə daima beynəlxalq təşkilatlarda səs verməlidir.
Bu, bizim Qarabağla bağlı haqq işimizin dəstəklənməsi üçün çox vacibdirş Həmçinin beynəılxalq hüquqda mövqelərimizi möhkəmləndirər".