İyulun 12-də keçiriləcək qəbul imtahanında 37 minə yaxın abituriyent iştirak edəcək
10 yaşlı azərbaycanlı şagird Romada beynəlxalq olimpiadada dünya birincisi olub
Ərdoğan: "Avropanın müdafiə təşəbbüsləri NATO-nun bütövlüyünü zəiflətməməlidir"
Ərdoğan: Türkiyə Trampın Ukrayna ilə bağlı mövqeyini bölüşür
14:06
560
NATO müttəfiqləri tərəfindən Avropa qitəsində müdafiə təşəbbüslərinin reallaşdırılması bütün alyansın bütövlüyünün zəifləməsinə gətirib çıxarmamalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankaradakı sammitinin işçi sessiyasının açılışında bəyan edib.
Ərdoğan qeyd edib: "Avropalı müttəfiqlərin qitə müdafiəsi üçün daha çox məsuliyyət götürməsi ilə paralel olaraq, biz alyansın və transatlantik münasibətlərin bütövlüyünü zəiflədə biləcək addımlardan qaçmalıyıq. Avropa İttifaqının üzvü olan müttəfiqlərimizə müraciət etmək istərdim. Aİ-nin müdafiə sahəsindəki səylərindən maksimum fayda yalnız NATO ilə lazımsız təkrarlanmalardan qaçmaqla əldə edilə bilər".
O vurğulayıb ki, "bu sahədə ağlabatan və məntiqli əməkdaşlıq modeli mümkündür". "Lakin Aİ üzvü olmayan müttəfiqlərin Avropa müdafiə təşəbbüslərindən kənarda saxlanılması onsuz da məhdud olan resursların israfına və Avropada istəmədiyimiz parçalanmaya səbəb olacaq. Bunun transatlantik müdafiə sənayesi infrastrukturuna da fayda verməyəcəyi bəllidir. NATO müttəfiqləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa qoyulan bütün məhdudiyyətlərin tamamilə aradan qaldırılması vacibdir", — deyə Türkiyə lideri əlavə edib.
Məryəm Quliyeva