Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
11 Sentyabr 2019 18:54
2 961
Çin Birləşmiş Ştatlardan idxal olunan 16 növ məhsula rüsumları qaldırıb.
Bir neçə günə iki ölkə ticarət danışıqlarını bərpa etməlidir.
Rüsumdan azad olunan məhsullara xərçəngə qarşı bəzi dərmanlar, sürtük maddələri, heyvan qidalarının inqrediyentləri daxildir. Məlumatı Maliyyə Nazirliyi bu gün – sentyabrın 11-də yayıb.
Pekin hələ mayda bildirmişdi ki, bəzi məhsullarla bağlı tariflərə möhlət verəcək. Uzanan ticarət müharibəsi artıq ölkə iqtisadiyyatına təsirini göstərməkdədir.
Bəzi təhlilçilər bu addımı dostyana jest adlandırsa da, bunu tərəflərin sövdələşmə hazırlamasının əlaməti saymırlar.
“Rüsumların qaldırılması oktyabra planlaşdırılan danışıqlar öncəsi Birləşmiş Ştatlara qarşı səmimiyyət jesti hesab oluna bilər, ancaq bu, daha çox iqtisadiyyatı dəstəkləmək vasitəsidir”, – ING şirkətinin Çin üzrə iqtisadçısı Iris Pang yazıb.
“Gözlənən ticarət danışıqlarında qeyri-müəyyənliklər çoxdur. 16 məhsula tarifin qaldırılması Çinin mövqeyini dəyişməyəcək”, – o, sözlərinə əlavə edib.
Çin ABŞ-dan idxal olunan 5 mindən çox məhsula əlavə rüsum tətbiq edib. ABŞ-dan idxal olunan soya məhsulları və donuz əti də əlavə rüsuma məruz qalıb. Bu arada Çin Braziliya və digər ölkələrdən idxalı gücləndirib.
Pekin bildirib ki, başqa yerlərdən asanlıqla əvəzlənə bilməyən ABŞ məhsullarına rüsumu qaldıracaq.
Təhlilçilərin fikrincə, soya bitkiləri və ABŞ-da istehsal olunan avtomobillər kimi əsas idxal məhsullarına rüsum qoymaqla Çin Prezident Donald Trampın əsas siyasi dəstək bazasını hədəfə alır. Bu zavod və fermer sahələri əsasən orta qərb və cənub ştatlarında yerləşir.
Hazırda iki ölkə qarşılıqlı olaraq yüzmilyardlarla dollar məhsula əlavə rüsumlar tətbiq edir.
15 Noyabr 17:45
1 302
15 Noyabr 17:44
1 295
15 Noyabr 17:09
1 386