Hörmüz boğazında neft tankeri ilə bağlı insident araşdırılır Dünya

Hörmüz boğazında neft tankeri ilə bağlı insident araşdırılır

Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) Hörmüz boğazında neft tankeri ilə bağlı insident barədə məlumat alıb.

Xalqcebhesi.az xəbər verir ki, heyətin vəziyyəti, gəmiyə dəyən zərər və mümkün ekoloji ziyan barədə məlumat hələlik daxil olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Məryəm Quliyeva