Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər
10 Noyabr 14:40
10 Noyabr 14:40
10 Noyabr 14:33
10 Noyabr 13:33
08:59
224
Seulun cənubundakı Sonnam şəhərində səhər saatlarında avtobus işıqforda 30-dan çox nəqliyyat vasitəsinə çırpılıb, 48 nəfər xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Xəsarət alan 48 nəfərdən altısı ağır xəsarətlər alsa da, həyatları üçün təhlükə yoxdur.
Bildirilir ki, 60 yaşdan yuxarı bir kişinin idarə etdiyi şəhər avtobusu dörd digər avtobus, bir yük maşını və 27 minik avtomobili ilə toqquşduqdan sonra yol kənarındakı maneəyə dəyərək dayanıb.
Sürücü spirtli içki qəbul etməyib, o, polisə avtobusun tormozlarının sıradan çıxdığını bildirib. Hadisə ilə bağlı araşdırma aparılır.
Məryəm Quliyeva