Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
28 Oktyabr 2019 12:58
2 191
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov NATO-nun genişlənməsini Qərbin böyük strateji səhvi hesab edir.
Siyasətçi bu barədə “Xəritəyə nə qoyulub: qlobal sülhün gələcəyi” kitabında yazıb.
“NATO-nu genişləndirmək qərarı Qərbin böyük strateji səhvi, Avropada və onun hüdudlarından kənarda hərbi-siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş addım idi”, – “RİA Novosti” kitabdan sitatgətirir.
Onun sözlərinə görə, sovet rəhbərliyi o zaman mümkün olanı edib. Qorbaçovun qeyd etdiyi kimi, Varşava Müqaviləsi Təşkilatının mövcud olduğu dövrün şərtləri ilə NATO-nun Şərqi Avropada yayılmaması ilə bağlı bir növ “hüquqi məcburi razılaşma” təklif etmək absurd və cəfəng olardı.
Qorbaçov Şimali Atlantika alyansının müvafiq qərarının inamı sarsıtmaq üçün bir addım olduğunu və Rusiyanın bundan nəticə çıxara bilmədiyini vurğulayıb.