Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
12 Dekabr 2019 15:46
2 296
Türkiyə parlamentində təmsil olunan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlar Ermənistanın Metsamor AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Millət vəkilləri təklif edirlər ki, bu atom elektrik stansiyasının ətraf mühitə vurduğu zərər dəqiqliklə araşdırılsın.
Anadolu agentliyi xəbər verir ki, CHP-nin Zonquldak vilayətindən olan millət vəkili Dəniz Yavuz Yılmaz parlamentdə keçirdiyi mətbuat konfransında deyib: “Bizim partiya Metsamor atom elektrik stansiyasının Türkiyəyə və qonşu ölkələrə mənfi təsirini araşdırmaq üçün parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu problemin həlli məqsədilə konkret addımların atılması üzrə beynəlxalq rəy formalaşdırmaq istəyirik”. O əlavə edib ki, qanunverici təşəbbüsü 40 millət vəkili imzalayıb. Türkiyəli deputat bildirib ki, Metsamor AES Çernobıl qədər təhlükəlidir.
Metsamor AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Stansiya Ermənistanın elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Lakin Ankara və Bakı onun beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi barədə dəfələrlə məsələ qaldırıblar. Ermənistan isə AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirməyi planlaşdırır.
15 Noyabr 17:45
1 302
15 Noyabr 17:44
1 295
15 Noyabr 17:09
1 386