Ulu Öndərin xalqımız qarşısında xidmətləri heç zaman unudulmayacaq Dünya

Ulu Öndərin xalqımız qarşısında xidmətləri heç zaman unudulmayacaq

Bu gün ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Xalqımız Ümummilli Liderin xatirəsinə hörmət əlamət olaraq Fəxri Xiyabana gələrək Azərbaycanı dünyaya tanıtmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Ulu Öndərin xalq, Vətən qarşısında xidmətləri heç zaman unudulmayacaq.
Bu sözləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev deyib.
O qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdrik və uzaqgörən siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə aparılan köklü islahatlar vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Xalqımız bu islahatları alqışlayır. Təbii ki, aparılan islahatlar Azərbaycanın regionda daha da güclənməsinə və dünyada nüfuzunun artmasına zəmin yaradır. Üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması, müstəqilliyimizin daha möhkəmləndirilməsi üçün biz dövlətimizin başçısının ətrafında daha da sıx birləşməliyik.