Gürcü jurnalistlər Lavrova hücum etdilər Dünya

Gürcü jurnalistlər Lavrova hücum etdilər

BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər.
Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində paylaşıb.
“BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlər Rusiya nümayəndə heyətinə hücum ediblər. Getmək mümkün deyildi. Qışqırmaqla, itələşməklə nazirin yanına keçməyə cəhd edirdilər. İrəli getmək üçün bütün ləyaqətini itirən qadınları geri hərəkət etdirmək məcburiyyətində qaldıq.
Bilirsiniz nə lazım idi? İnanmaq mümkün deyil. Bir sual: Lavrov Tiflisə gələcəkmi? Özünü başqa ölkənin nümayəndəsinin gəlib-gəlməməsindən asılı qoymağın özü hansısa axmaqlıqdır. Acınacaqlı mənzərədir”, – deyə o bildirib.
Zaxarova özündən fərqli olaraq, Lavrovun xəsarət almadığını bildirib.
O, həmçinin, gürcü jurnalistlərin Lavrova sualları rus dilində verdiklərini, amma ingiliscə “mənə toxunmayın” ifadələri işlətdiklərini deyib.