Braziliyada koronavirusdan ölənlərin sayı 1700-ü ötübDünya
16 Aprel 2020 10:49
1 099
Braziliyada son sutka ərzində 3058 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 204 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Braziliyada ümumilikdə 25 262 nəfərdə koronavirus aşkarlanıb, 1736 nəfər vəfat edib.