Çin bu adaları mənimsədi Dünya

Çin bu adaları mənimsədi

Vyetnam hakimiyyəti Çinin Şərqi-Çin dənizində yerləşən Parasel adaları (Sişa) və Spratli arxipelaqında (Nanşa) yeni idarəetmə forması təşkil etməsinə etirazını bildirib. Bununla bağlı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib. “Vyetnam Çinin bu addımlarına qəti şəkildə qarşı çıxır və belə qərarların heç bir hüquqi qüvvəyə malik olmadığını və iki ölkə arasındakı münasibətlərdə mehriban qonşuluq ruhuna zidd olduğunu bəyan edir. Çin tərəfinin Spratli və Parasel adaları ilə bağlı bu cür addımları Vyetnamın suverenliyini ciddi şəkildə pozur, ölkələrarası münasibətlərə fayda gətirmir və Şərq dənizində vəziyyətin ağırlaşmasına gətirib çıxarır”, - deyə nazirlik rəsmisi bildirib.
Qeyd edək ki, Çin Şərqi-Çin dənizində yerləşən Parasel adaları və Spratli arxipelaqında Sanşa bələdiyyəsinə tabe olan Nanşa və Sişa rayonlarının yaradıldığını bəyan edib.