16:48
679
Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda "Ankara Bəyannaməsi" qəbul edilib.
APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, Bəyannamədə müttəfiqlər kollektiv müdafiəyə və transatlantik birliyə sadiqliklərini bir daha təsdiqləyiblər.
Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.
NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.
Bəyannamədə həmçinin İranın nüvə silahına malik olmamalı olduğu vurğulanıb və Tehran Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırılıb.