8 İyul 16:17
1 575
Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.
"APA-Economics" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Məlumata görə, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.
"Bəzi media orqanlarında və sosial şəbəkələrdə paylaşılan Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə əlaqədar araşdırma və rəsmi açıqlama üçün müvafiq quruma müraciət etməyiniz tövsiyə olunur," - qurumdan bildirilib.
18 İyul 20:18
882
18 İyul 19:30
1 092
18 İyul 17:12
1 183

