Kim Çenin "ölümü": Koreyada inqilab olacaq? Dünya

Kim Çenin "ölümü": Koreyada inqilab olacaq?

Kim Çenin ölməsi ehtimalı olduqca aşağıdır, lakin səhhətində müəyyən problemlər ola bilər. Bu sözləri rusiyalı siyasi ekspert Georgi Bulyçev deyib. Onun sözlərinə görə, dəqiq məlumatlar olduqca az insan tərəfindən bilinir: “Yapon və çinli jurnalistlər bu şəxslərin arasında deyil. Kim Çenin 12 apreldən bəri prosedur keçdiyi bəlli idi. Ölkədəki duruma və məlumat axınına diqqət edəndə qorxunc vəziyyətdən söhbət gedə bilməz. Bəzi proseslər yolunda getməyə bilər, lakin deyilənlər olduqca şişirdilib.
Bu mövzuya böyük maraq göstərilir. Bu yöndə hər cür məlumatlar bir çox insan tərəfindən araşdırılacaq. Bir çoxları bu mövzuda hər hansı xəbər yazaraq mövzunu ələ almağa çalışacaq. Bunun təşkilatlandırılmış bir məsələ olduğunu düşünürəm”.
Bulyçev Kim Çinin ölümündən sonra inqilab, yaxud qiyam olması etimalını da dəyərləndirib. Ekspert əlavə edib ki, Şimali Koreyada uzun müddətdir iqtidar bəlli bir qrupa məxsusdur: “Bu aristokratlar dördüncü nəsildir və aralarında qohumluq əlaqəsi var. Hər şeyə ali səviyyədə, bu elit təbəqənin daxilində qərar veriləcək. Hələlik "Kim Çen yox olarsa, nə baş verəcək” sualına cavab yoxdur”.
Qeyd edək ki, Çin mediası Kim Çenin öldüyünü iddia edib. Cənubi Koreya isə onun yaşadığını açıqlayıb.
Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun Koreya üzrə aparacı əməkdaşı Konstantin Asmolov Şimali Koreya lideri Kim Çen Inı əvəzləyə biləcək şəxslərin adını çəkib. Konstantin Asmolovun fikrincə, Şimali Koreya rəhbərinə varis bu illər ərzində Şərqi Avropada diplomatik xidmətdə olmuş əmisi Kim Pxyon İr ola bilər.
Ekspertin sözlərinə görə, bu ölkədə hakimiyyətin irsən ötürülməsi ciddi şəkildə qapalı saxlanır, müvafiq bilgilərə çox az adamın əli çatır.
Daha bir namizəd Kim Çen Inın böyük qardaşı Kim Çen Çxolya hesab olunur. Bəziləri düşünürdü ki, atasından sonra hakimiyyətə məhz Çxolya gələcək, amma bu, baş tutmadı. Kim Çen Inın rəsmi varisi isə bacısı Kim Yo Çjon elan edilib. Bu barədə Əmək Partiyasının ötən il keçirilən iclasında qərar qəbul olunub.
Qeyd edək ki, bu günlərdə Şimali Koreya lideri Kim Çen Inın ölüm xəbəri yayılıb. Xəbər rəsmən təkzib olunsa da, bu istiqamətdə versiyalar hələ də gündəmdədir.