Koronavirus: dünya üzrə sağalanların sayı bir milyonu ötüb Dünya

Koronavirus: dünya üzrə sağalanların sayı bir milyonu ötüb

İndiyədək bir milyondan çox şəxs Covid-19 (koronavirus infeksiyası) virusundan sağalıb, Johns Hopkins Universitetinin məlumatında deyilir. Bu günə qədər dünyada koronavirusa yoluxma sayı 3 milyonu ötüb. Yoluxmuş şəxslərin böyük əksəriyyəti sağalacaq, lakin aşkarlanmış yoluxmalarla təsdiq edilən sağalmalar arasında bir geriləmə var.

Sağalanlar haqda rəqəmlər nə deyir?

Bugünkü başlıq təsdiqlənmiş üç milyondan çox yoluxmadan bir milyonunun sağaldığını deyir. Bu statistika da bütün koronavirus məlumatları kimi ehtiyatla oxunmalıdır.
Covid-19-da ölüm nisbəti azdır, yəni, nəticədə bu üç milyon yoluxmuş xəstənin demək olar ki, hamısı sağalacaq - bəzi hallarda sağalma müddəti uzana bilər.
Ancaq dəqiq neçə nəfər sağalacaq? Bu, virusun ölüm səviyyəsindən, yəni, onu tutanların nə qədərinin öldüyündən asılıdır - bunu isə hələ də bilmirik.
The Lancet tibb jurnalının hesablamalarına görə, bu virusda ölüm faziləri qripdən (0,1 faiz) və Sarsdan (9,5 fazi) daha aşağıdır. Gəzinti gəmilərindəki yoluxmalara diqqət yetirsək, virusun idxalı baş vermədiyi və test etmək problemi olmadığı üçün ölüm nisbəti təxminən 1 faizdir, jurnal yazır.
Ancaq sınaq vəziyyəti ölkədən-ölkəyə fərqli olduğuna görə (və heç bir ölkədə kruiz gəmilərində olduğu kimi 100 faiz test aparılmır) ölümlərin yalnız təsdiq olunmuş infeksiyalara nisbətini görə bilərik. Yalnız daha güclü simptomları olan insanlar test edildikdə bu, "ölüm nisbəti" əksər hallarda 1 faizdən yüksək olur. Əslində, çox sayda insanın virusu rəsmi qeydiyyata almadan tutmaq ehtimalı var - yəni, ölüm nisbəti "rəsmi" nisbət göstəricisindən daha aşağıdır.

BMT baş katibinin məyusluğu

Antonio Quterres BBC-yə öz təəssüfləndiyini bildirib. Cənab Quterres dünyanın koronavirusla bağlı reaksiyansından "şoka düşdüyünü, lakin təəccüblənmədiyini" bildirib. "Təəssüf ki... dünya birləşə bilmədi", Antonio Quterres deyib, - "hər ölkə öz siyasətini həyata keçirdi", o əlavə edib.

ABŞ kəşfiyyatı: "Virus süni deyil"

Daha əvvəl xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp virusun Wuhan Viroloji İnstitutundan ortaya çıxdığına dair "yüksək dərəcədə" inamlı olduğunu bildirmişdi. ABŞ kəşfiyyat ictimaiyyəti bunu birbaşa istisna etmədi. Ancaq bu həft
qurum tərəfindən nadir verilən ictimai açıqlamada virusun "texnogen və ya genetik olaraq dəyişdirilməmiş" olduğunu bəyan edib.

Bəzi ölkələrdə koronavirusla bağlı son vəziyyət

Yoluxmalarda davamlı aşağı infeksiya nisbəti görüldüyü üçün Avstraliyanın bəzi hissələri karantin rejimini ləğv etməyə başlayıb. Cənubi Koreya yeni infeksiyanı sıfır səviyyəsində saxlamağa ümid edir, cümə axşamı günü yeni bir yoluxma halının olmadığı bildirilib. İndoneziyada təsdiqlənmiş hallar 10 mindən çox artıb - bununla da İndoneziya Cənub-Şərqi Asiyada Sinqapurdan sonra ən çox yoluxan ölkə olub.
ABŞ Prezidenti Donald Tramp yenidən pandemiya və təhdidedici nəticələrə görə Çini günahlandırıb. Baş verənlər mart ayının ortalarından indiyədək 30 milyon amerikalının işini itirməsinə səbəb olub. İşə qayıtdıqdan bəri etdiyi ilk brifinqdə İngiltərənin Baş naziri Boris Johnson İngiltərənin "piki həddi geridə qoyduğunu" söyləyib və gələn həftə bir karantindən çıxış strategiyası quracağına söz verib.

Pakistan karantini yumşaldır

Pakistanın Baş naziri karantin rejiminin yumşaldılacağını bildirib. Ölkədə daha çox müəssisə və sənayenin açılmasına icazə veriləcək. Bu günə qədər ölkədə 16 mindən çox yoluxma və 385 ölüm hadisəsi qeydə alınıb.
Cənab Xan bir qədər əvvəl virusun ABŞ və ya Avropa ilə müqayisədə Pakistanda daha az şiddətli olduğunu söyləmişdi. Baş nazir bildirib ki, yumşaldılma qərarı Misirdə və İranda da liderlərlə məsləhətləşdikdən sonra qəbul edilib, çünki karantinin davam etməsinin iqtisadi zərəri çox yüksək olub. "İran və Misir ictimai toplantılara qadağa qoyaraq bütün müəssisələri açdı və biz də bu dövlətlərlə məlumat paylaşmaqla təcridi yumşaldacağıq", - o deyib.

Cənubi Koreyada yeni yoluxma

Cənubi Koreyada cümə günü doqquz yeni yoluxma hadisəsi qeydə alınıb, üç gündür bu ölkədə bir rəqəmli artım müşahidə olunur. Doqquz yoluxmanın səkkizini nəzarətçilərin gətirdiyi güman edilir. Cümə axşamı günü ki ay yarımlıq müddət ərzində ilk dəfə yerli yoluxma hadisəsi olmayıb. Cənubi Koreyada indiyədək 10 mindsən çox yoluxma və 248 ölüm hadisəsi qeydə alınıb.

Çində 12 yeni yoluxma, ölən yoxdur

Çində bir gün öncəki dörd yeni yoluxmadan sonra cümə günü 12 yeni yoluxma qeydə alındığı bildirilib, ölən yoxdur. Təsdiqlənmiş infeksiya sayının yarısının kənardan gətirilmə olduğu bildirilir, yerli yoluxmadan beşi Rusiya ilə həmsərhəd olan Heilongjiang əyalətində qeydə alınıb, burada son həftələrdə baş verən yoluxma hadisələrində nisbi yüksəlmə müşahidə olunur. Çində təsdiqlənmiş yoluxma hallarının ümumi sayı hazırda 82 mindən çoxdur, bunlardan 90 faizindən çoxu sağalıb. Ölənlərin sayı 4300-dən çox olan Çində yeni ölüm hadisəsi qeydə alınmayıb.

Malayziyada iş yerləri mayın 4-dən açılacaq

Malayziya Baş naziri Muhyiddin Yassin Reuters-ə istinadən verdiyi məlumata görə, Malayziyadakı əksər iş yerlərinin 4 may tarixindən açılmasına icazə veriləcək. Lakin o deyib ki, ümumiyyətlə işçilərin böyük yığıncaqlara qatılması qadağan ediləcək. Səlahiyyətlilər virusun yayılmasını dayandırmaq üçün bütün zəruri olmayan müəssisələri bağlayıblar. Bu ölkədə səyahətlər məhdudlaşdırılıb və məktəblərin fəaliyyəti dayandırılıb.
Amerikanın Johns Hopkins Universitetinə görə Malayziyada 6000-dən çox təsdiqlənmiş infeksiya və 102 ölüm hadisəsi baş verib.