"Ölümlər olacaq deyə insanları evə qapatmayacağıq" Dünya

"Ölümlər olacaq deyə insanları evə qapatmayacağıq"

Kovid-19 epidemiyası çərçivəsində ilk səyahətini Arizona ştatına edən ABŞ prezidenti Tramp, ABC News telekanalına müsahibə verib.
Tramp koronovirusdan ölümlərin ola biləcəyini, ancaq insanları evə qapatmayacaqlarını bildirib:
"Ölkə iqtisadiyyatı yenidən fəaliyyətə başladıqdan sonra ölümlər ola bilər, çünki artıq insanları evlərinə qapatmayacağıq. Ancaq, eyni zamanda, sosial məsafəni qoruyacaq, əlimizi yuyacağıq".
Tramp epidemiya üzündən itirən amerikalıların psixoloji problemlər yaşamağa başladığını deyib:
"Ölkədə baş verənlərə baxın. İnsanlar artıq dozadan, ya da intihardan ölür. İnsanların işinə geri qaytarmalıyıq, biz də tədbirləri yumşaldaraq bunu edirik. Növbəti üç ildə evimizdə otura bilmərik, ölkə iqtisadiyyatını yenidən aktiv hala gətirməliyik".
Tramp vaksin hazır olanadək insanların öləcəyini, ancaq vaksin hazırlama işlərinin davam etdiyini bildirib.