İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
19 May 2020 10:40
2 163
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 702 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Qeyd olunub ki, koronavirusa görə 3787 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 456 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.