SEPAH Bəhreyndəki ABŞ bazasına zərbə endirdiyini bildirib Gündəm

SEPAH Bəhreyndəki ABŞ bazasına zərbə endirdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Bəhreyndə yerləşən "Şeyx İsa" bazasındakı ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, İranın Fars xəbər agentliyinin verdiyi məlumata görə, ordu mətbuat xidmətinin açıqlamasında deyilir: "Müqəddəs "Ya Əli Əsgər (ə.s)" kod adı altında keçirilən "Nəsr-2" əməliyyatının onuncu dalğası çərçivəsində Bəhreyndəki ABŞ-nin 'Şeyx İsa' bazasına güclü hücum təşkil edilib. Hücum nəticəsində hava məkanının aşkarlanması və idarə olunması radarı, həmçinin düşmən təyyarələrinin yanacaq çənlərinin nasos stansiyası tamamilə məhv edilib".

Mətndə vurğulanır ki, bu hücumlar ABŞ-nin sahilyanı bazalara və bəzi mülki obyektlərə, o cümlədən uşaq onkoloji xəstəxanasına və zəvvarlar üçün su istehsalı zavoduna etdiyi hücumlara cavab olaraq həyata keçirilib.

Məryəm Quliyeva