İspaniyada son sutkada 182 nəfərdə koronavirus aşkarlanıb Dünya

İspaniyada son sutkada 182 nəfərdə koronavirus aşkarlanıb

Son sutka ərzində İspaniyada 182 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.
Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 237 906-ya çatıb.
Son bir həftədə 38 nəfər virusun qurbanına çevrilib, ümumilikdə isə ölənlərin sayı 27 119 nəfərdir.
Epidemiyanın əvvəlindən bu günədək 123 804 nəfər xəstəxanalara müraciət edib, onlardan 301-i son bir həftədə xəstəxanaya yerləşdirilənlərdir. İntensiv terapiya şöbəsinə indiyədək 11 389, bir həftədə isə 11 nəfər yerləşdirilib.