Almaniya Kloppla razılığa gəldi: Bu halda rəsmi müqavilə imzalanacaq İdman

Almaniya Kloppla razılığa gəldi: Bu halda rəsmi müqavilə imzalanacaq

Almaniya Futbol İttifaqı (DFB) Yurgen Kloppun Almaniya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı danışıqlar apardığını rəsmən təsdiqləyib.

Qurumun yaydığı məlumata əsasən, DFB prezidenti Bernd Noyendorf və vitse-prezident Hans-Yoaxim Vatske Nyu-Yorkda 59 yaşlı mütəxəssislə ilk geniş görüş keçiriblər.

Danışıqların yekununda tərəflər potensial müqavilənin əsas şərtləri üzrə qarşılıqlı anlaşmaya gəliblər.

DFB-nin açıqlamasında bildirilib ki, konstruktiv fikir mübadiləsi zamanı müqavilənin əsas bəndləri üzrə ortaq mövqe əldə olunub. Danışıqlar gələn həftə davam etdiriləcək. Hər iki tərəf hesab edir ki, Kloppun hazırkı işlədiyi Red Bull ilə razılıq əldə olunacağı təqdirdə proses uğurla yekunlaşacaq.

Qeyd olunub ki, tərəflər arasında yekun razılıq əldə edilsə belə, Kloppun Almaniya millisinin baş məşqçisi təyin olunması DFB-nin Müşahidə Şurası və Səhmdarların Ümumi Yığıncağının birgə iclasında təsdiqlənməlidir.