Əhməd Davudoğludan İŞİD bəyanatı Dünya

Əhməd Davudoğludan İŞİD bəyanatı

"Sərhədlərimizdə "İŞİD"in olmasını Türkiyə üçün təhlükə sayırıq"

. "Əgər həqiqətən bir müdaxiləyə ehtiyac varsa, bütün beynəlxalq ictimaiyyət birlikdə təkcə Əyn-əl-Ərəb bölgəsinə yox, Suriyadakı bütün zülmlərə müdaxilə etməlidir".
APA-nın "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
Ə. Davudoğlu qeyd edib ki, "İslam Dövləti" qruplaşmasının Türkiyə sərhədlərində güclənməsi rəsmi Ankaranı narahat edir: "Sərhədlərimizdə "İŞİD"in hakimiyyətini Türkiyə üçün strateji risk və təhlükə kimi görürük. Biz təhlükəsizlik bölgəsinin yaradılmasını istəyirik. Bufer ərazi nəzərdə tutmuruq. Bizim Suriyanın və ya heç bir dost ölkənin torpağında gözümüz yoxdur. Elə bir bölgə olmalıdır ki, ya BMT-nin, ya da beynəlxalq koalisiyanın təminatı altında insanlar oraya sığınanda bombardmanlardan və hücumlardan qorunacaqlarına əmin olsunlar"